“Cənab Ali Baş Komandan, hər zaman Sizinləyik və qələbə bizimlə olacaqdır” – Vətəndaş məktubları | 1news.az | Xəbərlər
Siyasət

“Cənab Ali Baş Komandan, hər zaman Sizinləyik və qələbə bizimlə olacaqdır” – Vətəndaş məktubları

21:08 - 30 / 09 / 2020
“Cənab Ali Baş Komandan, hər zaman Sizinləyik və qələbə bizimlə olacaqdır” – Vətəndaş məktubları

 

Azərbaycan Ordusunun Ermənistan silahlı birləşmələrinə qarşı həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatları vətəndaşlarımızda qələbə əzmini, ruh yüksəkliyini daha da artırıb. Bu, Azərbaycan vətəndaşlarının Prezident, Ali Baş Komandan İlham Əliyevə göndərdiyi təbrik və təşəkkür məktublarından da aydın görünür. Azərbaycan vətəndaşları ilə yanaşı, Türkiyə vətəndaşları da dövlətimizin başçısına göndərdikləri məktublarda sevinc hisslərini bölüşürlər.

Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla həmin məktubların bir qismini təqdim edir.

Tosun Ferhatdan, Kütahya, Türkiyə

“Hörmətli cənab Prezident.

Bizə uşaqlıqdan bəri öyrədilən bir şey var: azərbaycanlılar qardaşlarınızdır. Mən də bu amalla böyümüşəm. Hazırda yaşadığınız bu çətin günlərdə ehtiyac duyduğuuz halda, Sizlərin yanında olub son damla qanıma qədər vuruşmağa hazıram.

İnşallah, Azərbaycan bayrağını Qarabağın ən uca zirvələrinə asacağıq. Allah bu yolda yardımçınız olsun”.

Bəşirova Rahilə, Tahirova Aynur, Əliyev Mürşüd, Əsgərli Seymur, Bakı, Azərbaycan

“Möhtərəm cənab Prezident.

Biz və ailə üzvlərimiz hazırda cəbhə bölgəsində davam edən döyüşlərdə qazandığımız uğurlara görə Sizə təşəkkürümüzü bildiririk.

Siz çox müdrik qərarlarınızla, təmkinli və qətiyyətli mövqeyinizlə bizi qələbədən qələbəyə daşıyırsınız. İnsanların ümidləri doğrulur, arzuları çin olur. Doğma Azərbaycanlımızla öyünür, Sizinlə fəxr edirik.

Cənab Ali Baş Komandan, hər zaman Sizinləyik və qələbə bizimlə olacaqdır.

Allah Sizi və əsgərlərimizi qorusun”.

Şükran Məmmədlidən, Abşeron, Azərbaycan

“Cənab Ali Baş Komandan.

Apardığınız bu mübarizədə daim Sizinlə birlikdə olmaq bizim borcumuzdur. Çünki, bu mübaribə haqq müharibəsi, Vətən müharibəsi, qeyrət müharibəsi, gecikmiş ədalət müharibəsidir. Sizin rəhbərliyinizlə bu günlər Azərbaycan tarixinə qızıl hərflərlə yazılır və bu tarixdə bizim də mürəkkəbbimizin olması Vətən həsrəti ilə qəlbi yanan hər bir azərbaycanlının borcudur. İnşallah, bu müharibədə qalibiyyət günəşi Şuşada, Ağdamda, Zəngilanda öz şəfəqini saçar. Çünki bu qalibiyyət Sizin halalınızdır”.

Könül Talıbovadan, Bakı, Azərbaycan

“Cənab Ali Baş Komandan.

Bu gün Vətənimizin ərazi bütövlüyü uğrunda apardığınız mübarizəyə görə Sizə sonsuz minnətdaram. Azərbaycan xalqı daim Sizin yanınızdadır və Sizə dəstəkdir”.

Azər Əşrəfidən, Gəncə, Azərbaycan

“Hörmətli cənab Prezident.

Siz daim milli maraqlara söykənən siyasət aparmısınız. Həmin uğurlu siyasətin nəticəsidir ki, Azərbaycan Ordusu tarixi zəfər yolunda uğur qazanır.

Bütün qərarlarınızı sonacan dəstəkləyir, bizi Qələbəyə apardığınız yolda Sizə yeni uğurlar arzulayıram.

Bizə yaşatdığınız sevinc və qürura görə Sizinlə fəxr edirik. Allah Sizi, dövlətimizi, ordumuzu qorusun. İnşallah, Sizin rəhbərliyinizlə Şuşada, Laçında Qələbə bayramı keçirdərik. Hər şeyə görə təşəkkür edirik.

Qarabağ Azərbaycanındır”.

Rəvanə Novruzovadan, Salyan, Azərbaycan

“Hörmətli cənab Prezident.

Mənim bir qardaşım Birinci Qarabağ müharibəsində şəhid, digəri isə əlil olub. Bu gün isə cəbhədə iki oğlum vuruşur. Mən bununla qürur duyuram.

Bütün əsgər anaları adından verdiyiniz hər bir əmri, hər bir qərarı dəstəklədiyimizi bildirir, bu çətin işinizdə Sizə uğurlar arzulayıram. Sizə inanır və güvənirik.

Yaşasın Azərbaycan, yaşasın Prezidentimiz. Allah Sizi və ordumuzu qorusun”.

Namiq Cəfərovdan, Tolyatti, Rusiya

“Hörmətli Prezident, cənab Ali Baş Komandan.

Sizi Rusyada yaşayan bütün azərbaycanlılar adından salamlayır, fəaliyyətinizi dəstəklədiyimizi bildirir, Sizə yeni uğurlar arzulayıram. Vətənimin müdafiəsi naminə döyüşlərə qatılmaq istəyirəm. Vətənimizin gələcəyi üçün düşməni son əsgərinə kimi torpaqlarımızdan çıxarmalı və ya məhv etməliyik.

Döyüş tapşırığını icra edən güclü, cəsur Azərbaycan əsgərinə hec nə mane ola bilməz. Yaşasın Azərbaycan Ordusu”.

İlham Ağayevdən, Sumqayıt, Azərbaycan

“Möhtərəm Prezidentimiz, cənab Ali Baş Komandan.

Milli Ordumuza azadlıq mübarizəsinə başlamaq əmri verdiyinizə görə Sizə təşəkkür edirəm. Şanlı Ordumuzun dörd gün ərzində qazandığı uğurlara görə Sizi qəlbən təbrik edirəm. Müharibənin ilk günündən Sizin qətiyyətiniz, mahir komandanlıq istedadınız bütün türk dünyasını valeh edib. Bizim apardığımız müharibə ədalətli müharibədir, torpaqlarımızı tezliklə yağı düşməndən azad edəcəyik. Tanrı Sizə, xalqımıza, dövlətimizə və ordumuza yar olsun”.

Azər Həndəmovdan, Lerik, Azərbaycan

“Hörmətli cənab Prezident.

Yaşanan son hadisələr bir vətəndaş kimi hər birimizi narahat etdi. Amma bütün narahatlıqlara baxmayaraq, qüdrətli ordumuz düşmənə layiqli cavabını verdi. Sizin qətiyyətli çıxışlarınız, düşmənə verdiyiniz layiqli cavablar bizdə qürur hissi oyadır. Biz Sizinlə fəxr edirik.

Atdığınız hər bir addımı dəstəkləyirik. İnanırıq ki, bu gün həsrətlə danışdığımız Qarabağımız tezliklə bizim sevinc göz yaşlarımıza şahid olacaq. Tezliklə qələbə müjdəsi eşidəcəyik. Biz Sizə güvənirik. İyul döyüşlərində qazandığımız qələbə vadar etdi ki, mən də bu ordumuza könüllü yazılım. Vətənin müdafiəsinə getmək üçün əmrinizi gözləyirəm”.

S.Xankişiyeva

 

 

 

 

 

 

Paylaş:
269

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər