Ermənistanın son hərbi təxribatı ABŞ mətbuatında işıqlandırılıb | 1news.az | Xəbərlər
Siyasət

Ermənistanın son hərbi təxribatı ABŞ mətbuatında işıqlandırılıb

10:46 - 30 / 09 / 2020
Ermənistanın son hərbi təxribatı ABŞ mətbuatında işıqlandırılıb

Ermənistanın 27 sentyabr tarixindən etibarən ölkəmizə qarşı törətdiyi növbəti hərbi təxribatlarla bağlı son vəziyyət ABŞ-ın geniş izləyici kütləsinə malik Con Batçelor Şou radio proqramında işıqlandırılmışdır. Müsahibə Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanov və Corctaun Universitetinin professoru, Demokratiyaların Müdafiəsi Fondunun tədqiqatçısı Brenda Şefferlə baş tutmuşdur.

Azərbaycanın ABŞ-dakı səfirliyindən verilən məlumata görə, aparıcı Con Batçelor illərdir Ermənistan tərəfindən işğal altında olan Azərbaycan ərazilərində son günlərdə müşahidə olunan gərginliklə bağlı sual ünvanlayaraq, son vəziyyəti sorğu etmişdir.

Səfir Süleymanov cari ilin iyul ayından etibarən Ermənistanın Azərbaycana qarşı davamlı hərbi təxribatlar həyata keçirdiyini bildirərək, iyul ayında törədilən təxribatın Ermənistan Azərbaycan beynəlxalq sərhəddi boyunca baş tutduğunu, hazırki hücumun isə Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqları ilə təmas xəttində vaş verdiyini qeyd etmişdir. Mülki əhalinin məskunlaşdığı ərazilərin bomabalanması nəticəsində dinc əhalinin qətlə yetirilməsi və yaralıların olmasına diqqət çəkmişdir. Səfir hazırlıqlı olan Azərbaycan hərbi qüvvələrinin Ermənistanın bu hücumunu uğurla dəf etdiyini və bir sıra işğal altında olan əraziləri düşmən əsarətindən azad etdiyini dilə gətirmişdir.

O, xüsusilə qeyd etmişdir ki, hazırda bütün əməliyyatlar Azərbaycanın beynəlxalq tanınmış suveren ərazilərində, Azərbaycan sərhədlərinin daxilində həyata keçirilir və bu münaqişədən ən çox əziyyət çəkən də Azərbaycan xalqı olmuşdur. Aparıcı C.Batçelorun ölkəmizə səfəri zamanı Tərtərdə gedən inkişafın, infrastrukturun şahidi olduğunu, hazırda isə həmin ərazilərin Ermənistan tərəfindən artilleriya atəşinə tutulduğunu və dağıntılara məruz qaldığını bildirmişdir.

E.Süleymanov qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz çıxışlarında ölkəmizin Ermənistan ərazisində heç bir hərbi məqsədinin olmadığını, Azərbaycanın yeganə məqsədinin ölkəmizin və xalqımızın müdafiəsi və mühafizəsi olduğunu bildirmişdir.

Ermənistanın hərbi təxribatlarının regional və beynəlxalq nəticələrinin müzakirəsi zamanı professor Şeffer regionda yerləşən Rusiyanın Ermənistanda iki hərbi bazasının olduğunu, bu ölkənin hava məkanına nəzarət etdiyini bildirir. Həmçinin Ermənistanla yaxın əlaqələrə malik İranın Rusiya və Ermənistanla birlikdə regionda Azərbaycan və Türkiyəyə, dolayısı yolla isə İsrailə qarşı olduğunu təhlil edir. İyul ayında Ermənistan tərəfindən törədilən təxribatın regionun əsas enerji və infrastruktur layihələrinə yaxın baş verdiyinə də diqqət çəkir.

ABŞ Dövlət Departamentinin bəyanatında tərəflərin əməliyyatları dayandırmağa və danışıqlar masasında geri dönməyə çağırdığını, ABŞ Prezidenti və birsıra digər ölkə rəhbərlərinin, o cümlədən BMT Baş katibinin tərəfləri sülh danışıqlarına dəvət etdiyini xatırladan səfir Azərbaycanın hər zaman substantiv danışıqlar tərəfdarı olduğunu, hər iki ölkə üçün müsbət nəticələrin əldə olunması məqsədilə Ermənistanı bu danışıqlarda irəliləməyə dəvət etdiyini bildirmişdir. Əksinə, Ermənistanın davamlı olaraq sülhü rədd etdiyi, bu ölkə rəhbərliyinin açıq şəkildə danışıqları istəmədiyini bildirməsini və danışıqlar üçün əsas təşkil edən Madrid prinsiplərini rədd etdiyini qeyd etmişdir. Səfir bildirir ki, Ermənistan baş naziri Nikol Paşinyan öz həyat yoldaşı Ana Hakopyanı Azərbaycanın işğal olunmuş ərazilərində hərbi təlimə göndərmiş, o isə Azərbaycanlı uşaqların həlak olduğu kəndlərə silah tuşlayaraq insanları müharibəyə həvəsləndirmişdir. Hazırda isə həmin ərazilərdə hər iki tərəfdən insanların yaralanması və həlak olmasını müşahidə olunur. Səfir Ermənistanın bu işğalın daimi olmayacağını anlayacağına ümid etdiyini bidirmişdir.

Müsahibənin tam versiyası ilə https://audioboom.com/posts/7693428-catastrophe-in-the-south-caucasus-as-armenia-shells-and-murders-azerbaijan-civilians-elinsuleym internet səhifəsindən tanış olmaq mümkündür.

Eyni zamanda səfir Süleymanov ABŞ-ın ən geniş izləyici auditoriyasına malik olan FOX News xəbər ahentliyinə müsahibə verərək, Ermənistanın bu təxribatının gözlənilməz olmadığını, eləcə də erməni rəsmilərinin davamlı olaraq, sülh danışıqlarından imtina etməsini vurğulamışdır. Müsahibə ilə https://www.foxnews.com/world/armenia-azerbaijan-clashes-us-international-community-interveneinternet səhifəsindən tanış olmaq mümkündür.

1news.az

Paylaş:
260

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər