MN: Azərbaycan Ordusu yalnız hərbi obyektlərə zərbələr endirir | 1news.az | Xəbərlər
Siyasət

MN: Azərbaycan Ordusu yalnız hərbi obyektlərə zərbələr endirir

15:21 - 01 / 10 / 2020
MN: Azərbaycan Ordusu yalnız hərbi obyektlərə zərbələr endirir

Ermənistan tərəfi Hadrut və Xocavənd yaşayış məntəqələrində məskunlaşan mülki əhalinin Azərbaycan Ordusunun atəşinə məruz qalması barədə növbəti yalan məlumat yayıb.

Müdafiə Nazirliyindən 1news.az-a bildirilib ki, Ermənistandan ordusundan fərqli olaraq Azərbaycan Ordusu mülki əhaliyə deyil, yalnız hərbi obyektlərə zərbələr endirir.

Bölmələrimiz tərəfindən düşmən işğalı altında olan Hadrut yaşayış məntəqəsindəki Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının qərargahına, onun tabeliyində olan 1-ci motoatıcı alayının infrastrukturuna və Xocavənddəki 3-cü motoatıcı alayın qərargahına atəş zərbələri endirilib.

Qafar Ağayev 

Paylaş:
247

Son xəbərlər

Bütün xəbərlər