Oktyabrın 1-nə olan koronavirus STATİSTİKASI: 80 yeni yoluxan, 114 sağalan, 2 ölən var | 1news.az | Xəbərlər
Cəmiyyət

Oktyabrın 1-nə olan koronavirus STATİSTİKASI: 80 yeni yoluxan, 114 sağalan, 2 ölən var

15:49 - 01 / 10 / 2020
Oktyabrın 1-nə olan koronavirus STATİSTİKASI: 80 yeni yoluxan, 114 sağalan, 2 ölən var

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 80 yeni yoluxma faktı qeydə alınıb, 114 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 40 309 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 38 068 nəfər müalicə olunaraq sağalıb, 593 nəfər vəfat edib. Aktiv xəstə sayı 1 648 nəfərdir.

Ötən müddət ərzində 1 121 290 test aparılıb. Bugünkü test sayı isə 5 542-dir.

Qafar Ağayev 

Paylaş:
224

Son xəbərlər

Bütün xəbərlər