“Fransa dərhal həmsədrlikdən kənarlaşdırılmalıdır” - Deputatlar | 1news.az | Xəbərlər
Siyasət

“Fransa dərhal həmsədrlikdən kənarlaşdırılmalıdır” - Deputatlar

13:56 - 02 / 10 / 2020
“Fransa dərhal həmsədrlikdən kənarlaşdırılmalıdır” - Deputatlar

“Fransa özünə dəxli olmayan, uzaq regionda erməni təəssübkeşliyini davam etdirir”.

1news.az Azvision.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

Deputat bildirib ki, Azərbaycan dövləti qətiyyətli şəkildə Fransanın ATƏT-in Minsk Qrupunun həmsədrliyindən kənarlaşdırılmasını tələb etməlidir.

Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu da həmkarı Fazil Mustafa ilə eyni fikirdədir. Millət vəkili SİA-ya açıqlamasında bildirib ki, Azərbaycan Ordusunun beynəlxalq hüquq və tanın ərazilərimizi işğaldan azad etməsi istiqamətində həyata keçirdiyi əməliyyatlar beynəlxalq hüququn təminatçısı qismində çıxış etməli olan ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi Fransada qeyri-adekvat reaksiya doğurub:

Deputatın sözlərinə görə, uzun illərdir problemin həlli üçün BMT Təhlükəsizlik Şurasından mandat almış və missiyası problemi sülh yolu ilə həll etməli olan bu ölkə, ötən illər ərzində heç bir real addım atmamış əksinə problemin həlli ötən dövr ərzində daha da mürəkkəbləşib. İndi isə Fransa münaqişənin həlli istiqamətində real addımlar atıldıqda və beynəlxalq hüququn tətbiqi ilə bağlı Azərbaycan öz suveren hüququndan istifadə etdikdə, Fransa tərəf kimi çıxış etməyə başladı və bəlli oldu ki, ötən illər ərzində ATƏT-in Minsk Qrupunun uğursuzluqlarının əsasında məhz Fransanın davranışları durur. Bu gün Fransa işğalçı ölkənin müttəfiqi kimi çıxış etməklə problemin həllinə maneçilik törədir:

“Onun etdiyi çağırışlar bir daha sübut edir ki, Fransa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminə münasibətdə neytrallığını itirib və ona görə də dərhal həmsədrlikdən istefa verməlidir, ya da Minsk Qrupu institutu onun ATƏT-in Minsk Qrupunun həmsədrliyindən uzaqlaşdırılması ilə bağlı dərhal qəti addımlar atmalıdır. Sərgilənən bu cür mövqe Fransa prezidenti Emmanuel Makronun timsalında bu ölkədə beynəlxalq hüquqa münasibətdə ikili standartların tətbiq olunduğunun göstəricisidir və beynəlxalq hüquqla sinxron hərəkət edə bilməyən, onun tələbləri qəbul edə bilməyən bir ölkə bundan sonra ATƏT-in Minsk Qrupuna həmsədrlik etməyə mənəvi baxımdan layiq deyil. Ona görə də problemin öz həllini tapması üçün məhz bu cür işğalçı ölkə tərəfindən çıxış edən Fransanın mütləq prosesdən uzaqlaşdırılması beynəlxalq hüququn və bütün sabitliyin təmin olunması üçün vacib şərt kimi ortaya çıxıb”.

1news.az

Paylaş:
252

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər