“Azərsun Holdinq”in rəhbəri Abdolbari Goozaldan Azərbaycan ordusuna dəstək | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azərsun Holdinq”in rəhbəri Abdolbari Goozaldan Azərbaycan ordusuna dəstək

15:37 - 02 / 10 / 2020
“Azərsun Holdinq”in rəhbəri Abdolbari Goozaldan Azərbaycan ordusuna dəstək

“Azərsun Holdinq”in rəhbəri, iş adamı Abdolbari Goozal qələbə uğrunda rəşadətlə döyüşən ordumuza dəstək məqsədilə Silahlı Qüvvələrimizin yardım Fonduna 1 milyon manat ianə edib.

İş adamı Azərbaycan xalqının Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tarix yazdığını bildirib. Abdolbari Goozal rəhbərlik etdiyi “Azərsun Holdinq” tərəfindən hər zaman olduğu kimi ölkəmizdə ərzaq təhlükəsizliyinin ən yüksək səviyyədə təmin edilməsi üçün gərəkən hər şeyin ediləcəyini bildirib. O, Şirkətlər Qrupu nəzdində olan bütün müəssisələrin, texnika parklarının, avadanlıqların hər an Ali Baş Komandanın əmrində və ordumuzun xidmətində olduğunu qeyd edib.

1news.az

Paylaş:
395

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər