Düşmən Tərtəri artilleriya atəşinə tutub, 2 mülki şəxs yaralanıb | 1news.az | Xəbərlər
Siyasət

Düşmən Tərtəri artilleriya atəşinə tutub, 2 mülki şəxs yaralanıb

18:27 - 02 / 10 / 2020
Düşmən Tərtəri artilleriya atəşinə tutub, 2 mülki şəxs yaralanıb

Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini artilleriya atəşinə tutmaqda davam edir.

Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

Düşmənin atdığı top mərmilərindən bir neçəsi rayonun mərkəzi küçəsinə və Tərət Rayon Prokurorluğunun qarşısına düşüb. Nəticədə Tərtər sakini, 1982-ci il təvəllüdlü Elçin Məmmədov və Sumqayıt şəhər sakini Ozal Həsənov yaralanıb.

Hazırda döyüşlər davam edir.

S.Xankişiyeva

 

Paylaş:
248

Son xəbərlər

Bütün xəbərlər