Hikmət Hacıyev: Ermənistanın bu hərəkəti müharibə cinayətidir | 1news.az | Xəbərlər
Siyasət

Hikmət Hacıyev: Ermənistanın bu hərəkəti müharibə cinayətidir

18:54 - 02 / 10 / 2020
Hikmət Hacıyev: Ermənistanın bu hərəkəti müharibə cinayətidir

Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini və mülki əhalisini qəsdən hədəfə almaqda davam edir.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib:

“Yalnız bu gün ərzində Tərtərə 2 mindən çox mərmi düşüb. Bu vəhşilik, barbarlıq və insanlığa yaraşmayan hərəkətdir.

Ermənistanın beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə konvensiyalarının müddəalarını kobud surətdə pozan bu hərəkəti müharibə cinayətidir.

Bildiririk ki, Azərbaycan silahlı qüvvələri tərəfindən adekvat cavab tədbirləri həyata keçiriləcəkdir”.

S.Xankişiyeva

 

Paylaş:
257

Son xəbərlər

Bütün xəbərlər