İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinə təşəkkür edib | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinə təşəkkür edib

10:54 - 02 / 10 / 2020
İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinə təşəkkür edib

Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinə müraciət edib.

1news.az dövlət başçısının rəsmi saytına istinadla xəbər verir ki, müraciətdə deyilir: "İlk növbədə, Sizə səmimi salamlarımı yetirir, Ermənistanın Azərbaycana qarşı hərbi təxribatı ilə bağlı verdiyiniz bəyanatda əks olunmuş obyektiv mövqeyə görə sizə öz adımdan və Azərbaycan xalqı adından təşəkkürümü bildirirəm.

Məlum olduğu kimi, sentyabrın 27-də Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq ordumuzun cəbhə zonasında yerləşən mövqelərini və dinc insanların yaşadığı bir sıra məntəqələri qəsdən və hədəflənmiş şəkildə intensiv atəşə tutmuşdur. Bu xain hücum nəticəsində iki gün ərzində hərbçilərimiz, 20-yə yaxın mülki şəxs, o cümlədən iki uşaq həlak olmuş, 50-dən artıq mülki şəxs yaralanmışdır. Ermənistanın hərbi təcavüzünün qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri zəruri əks-həmlə tədbirlərini həyata keçirir.

Son vaxtlar Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları müntəzəm xarakter almış, iyul ayında Ermənistanın dövlət sərhədi istiqamətində növbəti təxribatı nəticəsində hərbçilərimiz və bir mülki şəxs həlak olmuşdur. Avqust ayında isə erməni diversiya dəstəsi təmas xəttini keçməyə cəhd etmişdir. Ancaq ordumuzun atdığı qətiyyətli addımlar nəticəsində Ermənistan layiqli cavabını almışdır.

Bu təxribatlar Ermənistanın avantürist və təcavüzkar hərbi-siyasi rəhbərliyinin bəyan etdiyi yeni ərazilər uğrunda yeni işğal siyasətinin davamıdır. Eyni zamanda, Ermənistan ordusunun mülki əhalini qəsdən hədəfə alması beynəlxalq humanitar hüququn kobud surətdə pozulmasıdır. Bu əməllər Ermənistan silahlı qüvvələrinin döyüş hazırlığına daxil edilmiş taktikadır ki, 1992-ci ilin fevral ayında törədilmiş Xocalı soyqırımı zamanı xalqımız bu vəhşiliyin şahidi olmuşdu.

Dünyanın diqqətinin BMT Baş Assambleyasının 75-ci sessiyasına, COVID-19 pandemiyası ilə mübarizəyə yönəldiyi dövrdə Ermənistanın siyasi-hərbi rəhbərliyinin növbəti hərbi avantüra və təxribata əl atması bu rejim tərəfindən beynəlxalq hüquqa, BMT Nizamnaməsinə və beynəlxalq ictimaiyyətə münasibətdə sərgilədiyi saymamazlığı bir daha nümayiş etdirdi.

Azərbaycan Silahlı Qüvvələri öz doğma torpağında ölkəmizin ərazi bütövlüyünü müdafiə edir. Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi, bizim əzəli tarixi torpağımız olduğunu tanıyır. BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, Avropa Parlamenti və digər aparıcı beynəlxalq təşkilatların qəbul etdiyi çoxsaylı qərar və qətnamələr Azərbaycanın ərazi bütövlüyünü tanıyaraq Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu açıq-aydın təsbit edir. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi erməni silahlı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz işğal edilmiş torpaqlarımızdan çıxarılmasını tələb edir.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi yalnız beynəlxalq hüquq əsasında, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı çərçivəsində həll olunmalıdır.

Bir daha Azərbaycanın haqq işinə göstərdiyiniz dəstəyə görə sizə minnətdarlığımı bildirir, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə gələcək fəaliyyətində uğurlar arzulayıram".

1news.az

Paylaş:
260

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər