Ermənilər Xankəndidən belə qaçırlar - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Ermənilər Xankəndidən belə qaçırlar - VİDEO

15:47 - 03 / 10 / 2020
Ermənilər Xankəndidən belə qaçırlar - VİDEO

Rusiyanın "Life" informasiya portalı Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ ərazisindən reportaj hazırlayıb. 

1news.az qafqazinfo-ya istinadən xəbər verir ki, görüntülərdə ermənilərin kütləvi şəkildə Xankəndini tərk etdiyi görünür.

Qeyd edək ki, ötən gün saat 14:00-dan etibarən işğalçı Ermənistan öz vətəndaşlarının Azərbaycanın Dağlıq Qarabağ ərazisinə girişinə məhdudiyyət qoyub. Daha əvvəl Ermənistan Milli Təhlükəsizlik Xidməti oktyabrın 1-dən etibarən Qarabağa girişin Ermənistan sərhəd-keçid məntəqəsindən sənəd göstərmək şərtilə həyata keçiriləcəyini elan etmişdi.

Xatırladaq ki, elə erməni mənbələrinin yaydığı məlumatlara görə, düşmənin işğal etdiyi ərazilərdən 5 gün ərzində Ermənistana köç edən əhalinin sayı 20 minə çatıb.

1news.az

Paylaş:
1001

Son xəbərlər

Bütün xəbərlər