İbrahim Kalın: “Minsk Qrupunun fəaliyyətini araşdırmaq lazımdır” | 1news.az | Xəbərlər
Siyasət

İbrahim Kalın: “Minsk Qrupunun fəaliyyətini araşdırmaq lazımdır”

17:34 - 04 / 10 / 2020
İbrahim Kalın: “Minsk Qrupunun fəaliyyətini araşdırmaq lazımdır”

“Biz Türkiyə olaraq Azərbaycanın yanında olmağa davam edəcəyik”.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın “Kanal 7” televiziyasına açıqlamasında deyib.

“Dünyada ən böyük erməni lobbisinin Fransa və ABŞ-da olduğunu görürük. Rusiyanın mövqeyi də ortada. Belə olan halda ATƏT-in Minsk Qrupu necə ədalətli ola bilər? Minsk Qrupunun fəaliyyətini araşdırmaq lazımdır”, - deyə İ. Kalın vurğulayıb.

O, ABŞ, Rusiya və Fransa prezidentləri səviyyəsində atəşkəs çağırışına diqqət çəkərək prinsipcə, heç kimin atəşkəsə qarşı olmadığını bildirərək qeyd edib ki, atəşkəsi təmin edəcək şərtlər təmin edilmədiyi halda daimi atəşkəsə nail olmaq və regionda yaranan böhrana son qoymaq mümkün deyil.

“Azərbaycan Prezidenti cənab İlham Əliyev də məntiqli şəkildə “Ermənistan işğal etdiyi torpaqlarımızdan çəkilsin, atəşkəsə hazırıq” deyir. Bu mənada İlham Əliyevin qətiyyətini haqlı sayırıq. Əgər Ermənistan işğal etdiyi torpaqlardan çəkilərsə, tez bir zamanda atəşkəsə nail olunar və bölgədə sülh bərqərar edilər”, - deyə o qeyd edib.

1news.az

Paylaş:
299

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər