Ali Baş Komandan general-mayorları Cəbrayılın işğaldan azad olunması münasibətilə təbrik edib | 1news.az | Xəbərlər
Rəsmi

Ali Baş Komandan general-mayorları Cəbrayılın işğaldan azad olunması münasibətilə təbrik edib

22:06 - 04 / 10 / 2020
Ali Baş Komandan general-mayorları Cəbrayılın işğaldan azad olunması münasibətilə təbrik edib

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyev oktyabrın 4-də Birlik komandirləri - general-mayor Mayis Bərxudarovu, general-mayor Hikmət Mirzəyevi və onların rəhbərlik etdikləri şəxsi heyəti Cəbrayıl şəhərinin və rayonunun 9 kəndinin işğaldan azad olunması münasibətilə təbrik edib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, onlara tapşırıq verib ki, Ali Baş Komandanın təbriklərini korpusların bütün şəxsi heyətinə çatdırsınlar.

Mayis Bərxudarov və Hikmət Mirzəyev Ali Baş Komandana öz təşəkkürlərini bildirib, Prezidenti əmin ediblər ki, qarşıya qoyulmuş bütün vəzifələri bundan sonra da şərəflə yerinə yetirəcəklər.

S.Xankişiyeva

 

Paylaş:
775

Son xəbərlər

Sabahın havası açıqlandı

19 / 08 / 2025, 12:43
Bütün xəbərlər