Ermənilər Xızı və Abşeronu hədəf aldı - SON DƏQİQƏ
Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın mülki əhaliyə və mülki infrastruktura endirdiyi raket zərbələrini açıqlayıb.
1news.az-ın verdiyi xəbərə görə, bu barədə H.Hacıyev Twitter hesabında yazıb.
“Ermənistanın Azərbaycan mülki əhalisinə və mülki infrastrukturuna qarşı raket zərbələri:
1.Gəncə: 4+ “Smerç” raketi klaster sursatı ilə. İkinci ən böyük şəhər.
2. Xızı və Abşeron regionu: İki ədəd 300 km məsafəli ortamənzilli raket.
3. Mingəçevir: İki raket. Su anbarı və elektrik stansiyası”, - deyə H.Hacıyev yazıb.
Xatırladaq ki, oktyabrın 4-də, səhər saatlarında Ermənistan SQ Azərbaycanın ikinci iri şəhərlərindən biri – Gəncəyə də raket zərbələri endiriblər. Düşmən tərəfindən açılan atəş nəticəsində dinc sakinlərə, mülki infrastruktura və qədim tarixi tikililərə ziyan dəyib.
Elə həmin gün gecə, ermənilər Mingəçevir və Tərtəri atəşə tutub. Atəşlər nəticəsində yaralananlar var.
S.Xankişiyeva