Bazar necə hərbi əhəmiyyət daşıya bilər? - Hikmət Hacıyev
Ermənistan qoşunları Gəncənin mərkəzi bazarını artilleriya atəşinə tutub.
1news.az-ın məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” hesabındakı paylaşımında bildirib.
O, yazıb: "Bazar necə hərbi əhəmiyyət daşıya bilər? Bu raket zərbəsi tək məqsədlə endirilib - mülki əhali arasında çoxsaylı qurbanlara səbəb olmaq. Ermənistanın dinc azərbaycanlılara qarşı terroru davam edir.
Ermənistan tərəfindən Gəncə, Mingəçevir, Bərdə, Tərtər və Azərbaycanın digər iri şəhərlərinin intensiv raket atəşinə tutulması Ermənistanın dinc sakinlərin öldürülməsi məqsədilə həyata keçirdiyi dövlət terrorudur. Ermənistanın hərbi-siyasi rəhbərliyini məsuliyyətə cəlb etmək lazımdır".
Qafar Ağayev