Azərbaycan Prezidenti: Bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan Prezidenti: Bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur

19:32 - 05 / 10 / 2020
Azərbaycan Prezidenti: Bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur

Bizim erməni xalqı ilə işimiz yoxdur. Erməni xalqı öz hökumətini məsuliyyətə cəlb etməlidir.

Öz hökumətinin yarıtmaz, çirkin siyasətinin nəticəsində bu döyüşlər baş verdi. Bizim mövqeyimiz dəyişməzdir. Torpaqlarımız azad olunandan, işğala son qoyulandan sonra Dağlıq Qarabağda yaşayan ermənilər və oraya qayıdacaq azərbaycanlılar bir yerdə yaşayacaqlar. İki toplum çərçivəsində, bir ölkə ərazisində.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bu fikirləri “TRT Haber” telekanalına müsahibəsində aparıcının “Qarabağ, işğal edilən torpaqlar yenidən Azərbaycana qaytarılandan sonra orada yaşayan ermənilərə nə deyəcəksiniz” sualına cavabında bildirib.

“Bu gün Azərbaycanda minlərlə erməni var. Siz də qeyd etdiyiniz kimi, Gəncədə Ermənistanın hücumu nəticəsində yaralanmış insanlardan biri də milliyyətcə ermənidir. Burada ermənilər yaşayır. Onlara söz deyən yoxdur. Onlar bizim vətəndaşlarımızdır. Bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur. Erməni xalqı öz hakimiyyətinin əsiridir. Təəssüflər olsun ki, Paşinyan hakimiyyəti iqtidara gələndə çox vədlər verdi. Biz də ümid edirdik ki, artıq o köhnə kriminal rejim tarixə atıldı. Amma bunun yerinə yeni rejim gəldi, o rejim ki, artıq öz xalqını bəlaya saldı. O rejim ki, indi bizim mülki insanlarımızı, əsgərlərimizi öldürür. Mən tam əminəm ki, erməni və Azərbaycan xalqları barışacaq”, - deyə Azərbaycan Prezidenti əlavə edib.

Dövlətimizin başçısı deyib: “Mənim xatirəmdədir, 1982-ci ildə mərhum atamla birlikdə Dağlıq Qarabağa - Şuşaya getmişdik. Bizim böyük şairimiz Vaqifin məqbərəsi açılırdı. Bu məqbərənin açılışı mərasimində erməni və Azərbaycan şairləri şeirlər deyirdilər, Azərbaycan dilində, erməni dilində. O bir dostluq bayramı idi. Yəni, o, mənim şahidi olduğum mənzərədir. Bizim Bakı şəhərində ermənilər yaşayırdı. Yəni bizim heç bir problemimiz yox idi. Biz istəyirik ki, yenə də birlikdə yaşayaq. Yenə də Ermənistanla yaxşı qonşular kimi yaşayaq. Dağlıq Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır. Biz onları belə tanıyırıq. Ümid edirəm ki, bu işğalçı siyasətə son qoyulandan sonra bizim xalqlarımız barışacaq”.

S.Xankişiyeva

 

Paylaş:
377

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər