Leyla Abdullayeva xarici jurnalistlərə müraciət etdi | 1news.az | Xəbərlər
Siyasət

Leyla Abdullayeva xarici jurnalistlərə müraciət etdi

12:53 - 05 / 10 / 2020
Leyla Abdullayeva xarici jurnalistlərə müraciət etdi

"Son zamanlar Ermənistan tərəfindən xarici jurnalistlər tərəfindən məqsədyönlü şəkildə istifadə edilməsini müşahidə edirik" .

1news.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyində keçirilən mətbuat konfransında Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib. O, bildirib ki, Azərbaycanın razılığı olmadan Azərbaycanın işğal olunmuş ərazilərində xidmət göstərən jurnalistlərin təhlükəsizliyinə təminat verilmir.

"Biz xarici jurnalistlərə müraciət edərək bildiririk ki, əgər ərazidə xidmət göstərmək istəyirlərsə Azərbaycanda rəsmi olaraq akkreditasiyadan keçsinlər. Azərbaycan onların təhlükəsiz fəaliyyətini təmin edəcək".

Qafar Ağayev

 

Paylaş:
1035

Son xəbərlər

Bütün xəbərlər