“Jamestown Foundation”: Ermənistan münaqişəni beynəlmiləlləşdirməyə çalışır
Ermənistan Dağlıq Qarabağ münaqişə zonasının xaricindəki Azərbaycan şəhərlərinə hücum edir.
1news.az bildirir ki, bunu Trend-ə "Jamestown Foundation"ın prezidenti Qlen Hovard deyib.
O bildirib ki, ölkənin ikinci ən böyük şəhəri Gəncəyə raket zərbələri Azərbaycanı eyni addımı ataraq erməni şəhərlərinə zərbə endirməyə vadar etmək cəhdidir.
Q.Hovard qeyd edib ki, Ermənistan raket zərbələrini asimmetrik müharibənin forması kimi istifadə edir:
"Azərbaycan ordusu say və silahlanmaya görə Ermənistan ordusunu üstələyir. Ermənistan münaqişəni beynəlmiləlləşdirməyə çatdırmağa çalışır və bununla da Azərbaycanın hərbi uğurlarını dayandırmağa ümid edir. Fikrimcə, erməni rəsmi şəxsləri müharibəyə ağılsız çəkiıdə yanaşır. Mən bunu Yerevanın çarəsizlik aktı kimi qiymətləndirirəm".
1news.az