ANAMA: Goranboyda kasetli mərmi aşkarlanıb | 1news.az | Xəbərlər
Siyasət

ANAMA: Goranboyda kasetli mərmi aşkarlanıb

18:52 - 06 / 10 / 2020
ANAMA: Goranboyda kasetli mərmi aşkarlanıb

Sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq iriçaplı silahlardan və artilleriya qurğularından bütün təmas xətti boyunca ordumuzun mövqelərini atəşə tutub.

Dinc əhalini və mülki infrastrukturu hədəfə alan düşmən Azərbaycanın şəhərlərinə, rayonlarına, kəndlərinə raket və mərmilər atıb. Həmin tarixdən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) xüsusi mobil əməliyyat qrupları, həmçinin baş qərargahda operativ qərargah yaradılıb. Daxil olmuş çağırışlar və müraciətlər əsasında operativ şəkildə əməliyyat-axtarış çıxışları həyata keçirilir.

Bunu ANAMA-nın operativ qərargahının rəisi İdris İsmayılov Trend-ə açıqlamasında deyib.

ANAMA-nın operativ qərargahının rəisi bildirib ki, Ermənistan silahlı qüvvələri tərəfindən atılan raketlərdə kaset döyüş başlıqlarından istifadə olunur. Hazırda Goranboy rayonu ərazində iki məntəqədə kasetli mərmi aşkarlanıb. Agentliyin əməliyyat qrupu hazırda həmin ərazidədir və axtarış tədbirləri davam edir. Axtarış işləri tam yekunlaşdıqdan sonra bu barədə ətraflı məlumat veriləcək.

İdris İsmayılov əlavə edib ki, əvvəllər Beyləqan rayonunda da kaset bombaların çanaq hissəsi aşkarlanmışdı. Bundan başqa, Gəncə şəhərinə raket zərbəsi endirən zaman beynəlxalq konvensiyalarla qadağan edilən kasetli bombalardan istifadə edilib. Ümumiyyətlə, kasetli bombalar qadağan olunmuş bombalar sinfinə daxildir. 1949-cu il tarixli Cenevrə Konvensiyasına uyğun olaraq onun yaşayış ərazisinə, dinc əhaliyə atılması qadağandır.

O vurğulayıb ki, ümumilikdə sentyabrın 27–dən oktyabrın 5-dək agentliyə 258 təxirəsalınmaz siqnal (əməliyyat çağırışı) daxil olub və bu çağırışlar əsasında operativ və əməliyyat-axtarış çıxışları olub. Nəticədə Ağdam, Ağdaş, Ağcabədi, Bərdə, Beyləqan, Biləsuvar, Goranboy, Naftalan, Füzuli, Tərtər, Gəncə və Mingəçevir şəhərləri ərazisində ev və həyətyanı sahələrə, neft kəmərinin yaxınlığına, Mingəçevir İstilik Elektrik Stansiyasının ərazisinə, əkin və otlaq sahələrinə, yol kənarına və digər ərazilərə baxış keçirilib, 67 ədəd müxtəlif növ partlamamış hərbi sursat, hərbi məqsədlər üçün istifadə olunan 2 ədəd metroloji radiopelenqator, o cümlədən 94 ədəd partlamış mərmi qalıqları aşkarlanaraq götürülüb.

Hazırda agentliyin 24 əməliyyat-axtarış qrupu regionlarda əməliyyat axtarış tədbirlərini davam etdirirlər.

Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindəki yaşayış məntəqələrinə, insanların sıx yaşadığı ərazilərə kasetli bombalar atması hərbi cinayətdir. Kasetli bombalar insan orqanizmi üçün olduqca zərərlidir. Bu bombalar çoxlu sayda kiçik bombalardan ibarətdir və məhz bu xüsusiyyətinə görə bu silah növü böyük əraziləri dağıda bilir. Ona görə kasetli bombaların insanların kütləvi şəkildə yaşadığı ərazilərə atılması qadağandır.

S.Xankişiyeva

 

Paylaş:
638

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər