Anar Eyvazov: Ermənistan Azərbaycanın mülki əhali yaşayan ərazilərini raket atəşinə tutur
Cəbhə boyu sıxışdırılan düşmən Ermənistan ərazisində yerləşərək Azərbaycanın mülki əhali yaşayan ərazilərini raket atəşinə tutur.
Bunu Trend-ə açıqlamasında Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib. O bildirib ki, düşmən tərəf Azərbaycanın Gəncə, Mingəçevir, Beyləqan, Horadiz, Goranboy, Göygöl Yevlax, Bərdə və digər rayonlarda dinc sakinləri hədəf alıb:
"Mülki vətəndaşlara və yaşayış məntəqələrinə atəş əsasən Ermənistanın Çermuk, Qafan və Need rayonlarından açılır. Ermənistan tərəfi bütün beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq müharibə cinayətləri törətməkdə davam edir. Ordumuz qarşısında tab gətirə bilməyən düşmən bu cinayətlərə əl atmaqdadır. Ermənistanın bu cinayətləri Azərbaycan Ordusunu cavab tədbirlərinə vadar edir".
S.Xankişiyeva