Ermənilər Ağdamda təcili tibbi yardım avtomobilini atəşə tutdu | 1news.az | Xəbərlər
Siyasət

Ermənilər Ağdamda təcili tibbi yardım avtomobilini atəşə tutdu

22:12 - 06 / 10 / 2020
Ermənilər Ağdamda təcili tibbi yardım avtomobilini atəşə tutdu

Cəbhədə şiddətli döyüşlər davam edir.

Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

Ermənistan silahlı qüvvələrinin bölmələri Ağdam rayon ərazisini yenidən atəşə tutub, dinc sakinləri hədəf alıb.

Düşmənin növbəti dəfə atdığı mərmilərindən biri rayon ərazisində təcili tibbi yardım avtomobilinin yaxınlığına düşüb. Nəticədə avtomobilə ciddi ziyan dəyib. Hələlik ölən və yaralananlar barədə məlumat yoxdur, araşdırma aparılır.

Hazırda döyüşlər davam edir.

S.Xankişiyeva

 

Paylaş:
645

Son xəbərlər

Bütün xəbərlər