Kamaləddin Qafarov: “Ermənistanın iyrənc siyasi ambisiyaları və məkrli niyyətləri müharibəni daha da alovlandırır” | 1news.az | Xəbərlər
Siyasət

Kamaləddin Qafarov: “Ermənistanın iyrənc siyasi ambisiyaları və məkrli niyyətləri müharibəni daha da alovlandırır”

11:41 - 06 / 10 / 2020
Kamaləddin Qafarov: “Ermənistanın iyrənc siyasi ambisiyaları və  məkrli niyyətləri  müharibəni daha da alovlandırır”

“Azərbaycanın tələbləri beynəlxalq hüquqa tamamilə müvafiqdir, bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və heç bir ökə qondarma Dağlıq Qarabağ Respublikasını tanımayıb. İşğalçı qüvvələr Azərbaycan torpaqlarını birdəfəlik tərk etməlidir. Ölkəmizin səbri və heysiyyatı ilə oynamağa heç bir forpost cəsarət edə bilməz!”.

Bu sözləri yap.org.az saytına müsahibəsində Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov demişdir.

Millət vəkilinin fikrincə, ən əvvəl ondan başlamaq lazımdır ki, ölkədə hərbi vəziyyətin elan olunması erməni təxribatlarına adekvat cavabdır. Yaşından və sosial statusundan asılı olmayaraq, minlərlə insanın könüllü kimi orduya yazılma faktı Azərbaycan cəmiyyətinin hərbi vəziyyətə hazır olduğunu əyani şəkildə sübut edir. Ölkədə hərbi vəziyyətin elan olunması militarist ritorika deyil, erməni işğalının qarşısının alınması və 30 ildir davam edən cəzasızlıq və saymazlıq ritorikasının birdəfəlik ləğvinin əsas prinsipidir. “Hərbi vəziyyət elan edilməsi haqqında” Fərmanın tələblərinə riayət etmək artıq hər bir vətəndaşımızın borcu və şəxsi məsuliyyətidir.

Ölkədə hərbi vəziyyətin elan olunması və Azərbaycan Respublikası Prezidentinin sözügedən Fərmanının xalq tərəfindən dəstəklənməsi dünya ictimaiyyətinə ünvanlanmış ciddi siyasi siqnaldır. Bu, Azərbaycan xalqının ruh yüksəkliyi və haqq işi uğrunda mübarizəyə hazır olması barədə mesajdır.

K.Qafarov qeyd etmişdir ki, Azərbaycan Ermənistandan fərqli olaraq işğalçı siyasət yürütmür. Dünyəvi dəyərlərin ölkədə və bütövlüklə regionda qorunması, torpaqlarının işğaldan azad edilməsi naminə Azərbaycan dövləti öz ədalətli müharibəsini aparır.

50 siyasi partiyanın rəhbərlərinin dövlət başçısının fikirlərini dəstəkləmələrini, onların eyni mövqedən çıxış edərək status-kvonun dəyişməz qalmasının mümkünsüz olduğunu bildirmələrinin milli təəssüb hissinin bütün siyasi çəkişmələrdən yuxarıda dayandığına dəlalət etdiyini xüsusi vurğulamışdır. O, göstərmişdir ki, dövlətin direktiv göstərişlərinin ictimaiyyət, siyasi qüvvələr və cəmiyyətin müxtəlif təbəqələri –bütövlükdə bütün xalq tərəfindən dəstəklənməsi, ölkə rəhbərliyinin daxili və xarici siyasət kursunun düzgünlüyünü bir daha təsdiqləyir və bu taleyüklü dövrdə iqtidar-xalq birliyinə olan inamı daha da artırır. 

 Millət vəkili sözünə davam edərək bildirmişdir ki, hazırda ölkəmiz öz tarixinin ən məsuliyyətli mərhələsinə qədəm qoyub. Yaşadığımız məsuliyyətli dövrün xarakteristikası, hədəfləri və taktiki mənzərəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin son dövrdə Azərbaycan xalqına müraciətində, həmçinin “Əl-Cəzirə”, “Əl Ərəbiyyə” və nəhayət Türkiyənin “TRT Haber” telekanallarına verdiyi müsahibələrdə öz dəqiq və sərrast ifadəsini tapmışdır. Bu müraciət və müsahibələrdə dövlətimizin başçısı hazırkı taleyüklü zaman kəsiyinə gəlib çatana qədər baş vermiş siyasi proseslər, Ermənistan-Azərbaycan Dağlıq Qarabaq müharibəsinin tarixi kökləri, xalqımızın haqlı və hüquqi cəhətdən əsaslandırılmış mübarizəsi, bir sıra maraqlı Qərb dövlətlərinin bu məsələdə manipulyasiya cəhdləri, Ermənistanın ikiüzlü destruktiv siyasəti və dünya güclərinin bu münaqişəyə ikili standartlarla yanaşma cəhdləri barədə ətraflı məlumat vermişdir.

K.Qafarovun fikrincə, tarix və hadisələrin gedişi göstərir ki, dövlətimiz və xalqımız düz yoldadır. Cəbrayıl şəhərinin və 20-dən artıq kəndin işğalçılardan azad edilməsi istər Ermənistana, istərsə də onun havadalarına dərs olmalıdır. Ermənistan və onun təəssübkeşləri bu uğurlarımızı yaxşıca təhlil etməli və öz mənfur niyyətlərindən əl çəkməlidirlər. Ermənistnın iyrənc siyasi ambisiyaları və məkrli niyyətləri müharibəni daha da alovlandırır.

Millət vəkili sonda xalqımızın haqqının hökmən bərpa olunacağna ürəkdən inandığını bildirmişdir. “Azərbaycan özünün ən şərəfli tarixini yaşayır. Qəti əminiik ki, ölkəmizin ərazi bütövlüyü bərpa ediləcək, xalqımız mütləq zəfər qazanacaqdır! Qarabağ Azərbaycandır!”

1news.az 

Paylaş:
827

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər