Paşinyan BBC əməkdaşının sualları qarşısında aciz qalıb | 1news.az | Xəbərlər
Siyasət

Paşinyan BBC əməkdaşının sualları qarşısında aciz qalıb

10:32 - 07 / 10 / 2020
Paşinyan BBC əməkdaşının sualları qarşısında aciz qalıb

Ermənistan baş naziri Nikol Paşinyan BBC əməkdaşı İohan Fişerin sualları qarşısında aciz qalıb.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, N.Paşinyan "Qarabağ Ermənistanındır, oranın əhalisinin 80 faizdən çoxunu ermənilər təşkil edib. Problem ondan ibarətdir ki, Azərbaycan ermənilərin orada yaşamamasını istəyir. Buna görə də Dağlıq Qarabağa hücumlar edir" kimi təxribatçı bəyanatını təkrar edib. 

Maraqlıdır ki, Ermənistan baş naziri elə bu bəyanatın ardından "biz güzəştə hazırıq" deyib. 

Jurnalistin "Hazırkı beynəlxalq qərarlarda  Ermənistanın Dağlıq Qarabağı və ona bitişik əraziləri 25 ildən artıqdır ki işğal etdiyi deyilir.  Beynəlxalq qanunlar, BMT TŞ qətnamələri…" sualına cavabında Paşinyan deyib: "Təəssüf ki, çox adam onları oxumadan istinad edir. Orada Ermənistanın haranısa işğal etdiyi deyilmir".

İ.Fişer isə bildirir: "Lakin orada qeyd olunur ki, Qarabağ Azərbaycana məxsusdur. Qətnamələrdə belə deyilir".

Paşinyan isə bu suala cavab vermir və " bu gün Qarabağda ermənilərin təhlükə ilə üz- üzə olmasından" danışır. 

"Rusiya Prezidenti Putinlə son danışığınız zamanı Ermənistan ərazisinin vurulacağı təqdirdə Yerevanın Rusiyadan hərbi yardım görəcəyinə dair razılığa gəlmisiniz?" sualını da Paşinyan cavabsız qoyur və sual ətrafında manipulyasiya etməyə başlayır.

1news.az

Paylaş:
645

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər