Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Prezident İlham Əliyevə məktub göndəriblər | 1news.az | Xəbərlər
Siyasət

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Prezident İlham Əliyevə məktub göndəriblər

17:46 - 10 / 10 / 2020
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Prezident İlham Əliyevə məktub göndəriblər

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Prezident İlham Əliyevə məktub göndəriblər.

1news.az-ın məlumatına görə, məktubda deyilir:

"Zati-aliləri,

Azərbaycan Respublikasının ərazisi olan Dağlıq Qarabağda Ermənistan silahlı qüvvələri tərəfindən başlanılan və gərginliyin artmasına, eləcə də insanların həlak olmasına səbəb olan bu münaqişəni kədər hissi ilə izləyirik.

Biz, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri, insanların həlak olması ilə əlaqədar başsağlığı verir və yaranmış vəziyyətlə əlaqədar dərin narahatlığımızı bildiririk. BMT Təhlükəsizlik Şurasının 30 il əvvəl qəbul etdiyi qətnamələrə baxmayaraq, heç nə dəyişməyib. 1994-cü ildə Ermənistan və Azərbaycan arasında atəşkəs müqaviləsi imzalansa da, Azərbaycan vətəndaşları, o cümlədən qadınlar və uşaqlar hələ də erməni təcavüzünün qurbanı olurlar. Azərbaycanın mülki vətəndaşlarına və mülki hədəflərinə qarşı həyata keçirilən bu hücumlar beynəlxalq humanitar hüququn və insan haqlarının kobud şəkildə pozulmasıdır.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri mərkəzin katibliyi ilə birlikdə bu problemi bütün maraqlı tərəflərin diqqətinə çatdırmaq məqsədilə fəal şəkildə işləyir, müzakirələr və onlayn diskussiyalar təşkil edir, məqalələr yayır, müsahibələr verirlər.

Sizin rəhbərliyiniz, eləcə də Vayra Vike-Freyberqa və İsmayıl Serageldinin həmsədrliyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin beynəlxalq liderlik rolunu öz üzərinə götürməsinə görə minnətdarlığımızı qəbul etməyinizi xahiş edirik. Biz beynəlxalq təşkilat olaraq öz fəaliyyətimizdə Sizin davamlı dəstəyinizə ümid edirik.

Cənab Prezident,

Sizə olan rəğbətimizlə yanaşı, yüksək hörmət və ehtiramımızı da qəbul etməyinizi rica edirik".

Məktubu İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) sabiq Baş direktoru Əbdüləziz Osman Əl-Tuveycri, 2010-2015-ci illərdə Xorvatiyanın Prezidenti İvo Yosipoviç, 2007-2011-ci illərdə Latviyanın Prezidenti Valdis Zatlers, Rumıniyanın Baş Nazirinin sabiq müavini, sabiq Ədliyyə Naziri və Avropa məsələləri üzrə sabiq nazir Ana Birçal, 2015-2018-ci illərdə Mavriki Respublikasının Prezidenti Amina Qurib-Fakim və 2012-2017-ci illərdə Albaniyanın Prezidenti Buyar Nişani imzalayıb.

1news.az

Paylaş:
531

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər