Belçika və İslandiyadan Ermənistana silah daşınır | 1news.az | Xəbərlər
Siyasət

Belçika və İslandiyadan Ermənistana silah daşınır

14:39 - 12 / 10 / 2020
Belçika və İslandiyadan Ermənistana silah daşınır

Oktyabrın 11-də İslandiyanın Keblavik şəhərindən Mülki Aviasiya təyyarəsi ilə Ermənistan ordusu üçün müxtəlif silahlardan ibarət daha bir hərbi yük gətirilib.

1news.az Virtualaz.org-a istinadən xəbər verir ki, bundan əvvəl də İslandiyanın paytaxtı Reykyavikdən Ermənistana döyüş sursatı ilə dolu nəqliyyat təyyarəsinin yola düşməsi barədə məlumat verilmişdi.

Gecə yarısı isə Belçikanın Lyej şəhərindən başqa bir təyyarə də havaya qalxıb. Hava gəmisi Yerevan vaxtı ilə saat 04:39-da Zvartnots hava limanına enib.

1news.az

Paylaş:
534

Son xəbərlər

Bütün xəbərlər