Ermənilər Gəncəni “SCUD” ballistik raketi ilə vurub - Rəsmi | 1news.az | Xəbərlər
Cəmiyyət

Ermənilər Gəncəni “SCUD” ballistik raketi ilə vurub - Rəsmi

16:21 - 12 / 10 / 2020
Ermənilər Gəncəni “SCUD” ballistik raketi ilə vurub - Rəsmi

Azərbaycanın ikinci ən böyük şəhəri Gəncədə yaşayış binasına Ermənistan silahlı qüvvələri tərəfindən törədilən raket hücumu "Elbrus" ballistik raketi (SCUD) ilə həyata keçirilib.

1news.az-ın Milli.az-a istinadən verdiyi xəbərə görə, bu barədə Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) icraçı direktoru Qəzənfər Əhmədov açıqlama verib.

"Bu gün Gəncənin mərkəzində sıx yaşayış məntəqəsinə atılan bir raketin son parçalarını topladıq. Əvvəlcə bunun "Toçka U" raketi olduğunu zənn etsək də, yeni parçaların təhlili bunun "Elbrus" ballistik raketi olduğunu dəqiqliklə söyləməyə imkan verir", - o, bu gün Gəncədə xarici diplomatlarla keçirilən brifinqdə qeyd edib.

Onun sözlərinə görə, raketin üzərində onun növünü müəyyənləşdirməyə imkan verən "8K14" yazısı aşkarlanıb. Əhmədov bildirib ki, raketin uçuş məsafəsi 300 kilometrdir.

Öz növbəsində, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev, NATO tərəfindən "SCUD" adı ilə tanınan ballistik raket ilə bu qədər böyüklükdə bir şəhəri hədəf almağın vandalizm və müharibə cinayət olduğunu bildirib.

1news.az

Paylaş:
627

Son xəbərlər

MMF2024-ün ilk günü (online) uğurla yekunlaşdı!28 / 06 / 2024, 18:13DİM İlahiyyat Kollecinə qəbul olmaq istəyənlərə müraciət edib28 / 06 / 2024, 17:48Qısamüddətli geomaqnit qasırğası gözlənilir28 / 06 / 2024, 17:43Ceyms O’Brayn: Azərbaycan NATO sammitinə dəvət olunub28 / 06 / 2024, 17:41Azərbaycan və Albaniya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın tərkibi təsdiqlənib28 / 06 / 2024, 17:38İKTA Elektromaqnit sahəsinin insan sağlamlığına potensial təsiri mövzusunda araşdırma aparıb28 / 06 / 2024, 17:31Ceyhun Bayramov O’Brayna Ermənistanın Konstitusiyasına dəyişiklik etməsinin vacibliyini çatdırıb28 / 06 / 2024, 17:30Ağdaşda Birinci Qarabağ müharibəsinin şəhidi Yasin Əbdürəhmanov dəfn edilib - FOTO28 / 06 / 2024, 17:08Əməliyyat-taktiki fakültənin 2-ci kurs dinləyicilərinin buraxılış mərasimi keçirilib28 / 06 / 2024, 16:58Bakının iki rayonunda işıq olmayacaq28 / 06 / 2024, 16:56Yasamalda 10 kiloqram narkotik dövriyyədən çıxarılıb28 / 06 / 2024, 16:48Güclü küləklə bağlı sarı və narıncı xəbərdarlıq verilib28 / 06 / 2024, 16:31Tərtərdə Birinci Qarabağ müharibəsinin şəhidi Fəqan Yaqubov dəfn edilib - FOTO28 / 06 / 2024, 16:30ADY platformalara keçid və qatarlara minik qaydalarını yeniləyir28 / 06 / 2024, 16:17Laçında daha 21 ailəyə evlərin açarları təqdim olunub - FOTO - YENİLƏNİB28 / 06 / 2024, 16:02Kapital Bank-ın manat istiqrazlarının 2-ci tranşının yerləşdirilməsi yekunlaşdı28 / 06 / 2024, 15:44Sahibkarlar KOB evlərinə gəlmədən onlayn növbə götürə bilərlər28 / 06 / 2024, 15:37Mikayıl Cabbarov işğaldan azad edilmiş ərazilərdə ilk biznes quran sahibkarları təbrik edib28 / 06 / 2024, 15:21Şəmkirdə Birinci Qarabağ müharibəsinin şəhidi Əhliman Əsgərov dəfn edilib - YENİLƏNİB28 / 06 / 2024, 15:14Milli Məclis buraxıldı, növbədənkənar seçkilərin keçiriləcəyi vaxt bəlli oldu - SƏRƏNCAM28 / 06 / 2024, 15:08
Bütün xəbərlər