Pentaqon Azərbaycan ordusunun döyüş təcrübəsinə heyran qalıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Pentaqon Azərbaycan ordusunun döyüş təcrübəsinə heyran qalıb

17:50 - 12 / 10 / 2020
Pentaqon Azərbaycan ordusunun döyüş təcrübəsinə heyran qalıb

Azərbaycan ordusunun Qarabağ döyüşlərindəki taktikası amerikalı generalları düşünməyə vadar edib.

1news.az-ın Milli.az-a istinadən verdiyi xəbərə görə, Qarabağdakı döyüşlərdə erməni terrorçularına və Ermənistan ordusuna qarşı Azərbaycan Ordusunun tətbiq etdiyi döyüş taktikası amerkalı generalları heyran qoymaqla yanaşı, onları Birləşmiş Ştatların hava hücumundan müdafiə sisteminin ciddi yenilənməyə ehtiyac duymasının etirafına vadar edib.

ABŞ ordusunun Quru Qoşunlarının Baş Qərargah rəisi, ordu generalı Ceyms MakKonvill hesab edir ki, Qarabağdakı döyüşlərdə Azərbaycan ordusunun pilotsuz uçan aparatlardan (PUA) aktiv istifadə etməsi ABŞ ordusunun yenilənməsini şərtləndirir.

"İlk əvvəl hava hücumundan müdafiə sistemini inkişaf etdirməliyik. Azərbaycanlıların taktikası bizi tankların döyüşdə asan hədəf olması, ləng hərəkət etməsi və ümumiyyətlə, müasir savaşın çox bahalı vasitəsi olması ilə bağlı düşünməyə vadar edir. Qarabağdakı savaş PUA-larla mübarizədə hava hücumundan müdafiə sisteminin inkişafını və təkmilləşdirilməsini qaçılmaz edir. İndi havada üstünlüyə malikik. Lakin gələcəkdə belə olmaya da bilər. Qarabağdakı döyüşlərdə gördük ki, PUA-lar çox ciddi vasitə və təhlükədir", - general MakKonvill deyib.

1news.az

Paylaş:
529

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər