Qulam İsakzai: BMT-nin qətnamələrinin icrası vacibdir | 1news.az | Xəbərlər
Siyasət

Qulam İsakzai: BMT-nin qətnamələrinin icrası vacibdir

19:49 - 12 / 10 / 2020
Qulam İsakzai: BMT-nin qətnamələrinin icrası vacibdir

Gəncə şəhərinə böyük hücumun baş verdiyi yerə səfər etdim. Həyatını itirənlərə başsağlığı verirəm, yaralananlara şəfa diləyirəm.

1news.az-ın verdiyi xəbərə görə, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai sosial şəbəkə hesabında yazıb.

"Mülki şəxslərin və mülki infrastrukturların beynəlxalq humanitar qanun çərçivəsində qorunması üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasının vacibliyini bir daha qeyd edirəm. Ehtiyac olduğu təqdirdə BMT humanitar ehtiyacları qarşılamağa hazırdır", - deyə Qulam İsakzai qeyd edib.

S.Xankişiyeva

 

Paylaş:
496

Son xəbərlər

Bütün xəbərlər