Bu gün daha 530 nəfər koronavirusa yoluxdu - STATİSTİKA | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gün daha 530 nəfər koronavirusa yoluxdu - STATİSTİKA

15:17 - 15 / 10 / 2020
Bu gün daha 530 nəfər koronavirusa yoluxdu - STATİSTİKA

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 530 yeni yoluxma faktı qeydə alınıb, 101 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 43 280 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 39 671 nəfər müalicə olunaraq sağalıb, 619 nəfər vəfat edib, aktiv xəstə sayı 2 990 nəfərdir.

Ölkədə son sutka ərzində 8 054, hazırkı dövrədək isə 1 201 924 test aparılıb.

Qafar Ağayev 

Paylaş:
477

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər