Düşmən döyüş meydanında məğlub olduğunu qəbul etmək istəməsə də, reallığı heç nə dəyişə bilməz. Qələbə Azərbaycanındır! | 1news.az | Xəbərlər
Siyasət

Düşmən döyüş meydanında məğlub olduğunu qəbul etmək istəməsə də, reallığı heç nə dəyişə bilməz. Qələbə Azərbaycanındır!

18:09 - 15 / 10 / 2020
Düşmən döyüş meydanında məğlub olduğunu qəbul etmək istəməsə də, reallığı heç nə dəyişə bilməz. Qələbə Azərbaycanındır!

“Biz az qala hər gün mülki şəxslərin, azyaşlıların qətlə yetirilməsi, eləcə də öz vəzifə borclarını yerinə yetirən jurnalistlərin atəşə tutulması xəbərlərini eşidirik.

Günahsız insanları öldürmək, mülki infrastruktura xələl yetirmək məqsədilə Ermənistan ordusu, məkrli düşmən bütün vasitələrə əl atır. Bu bir yandan humanitar atəşkəs rejiminin pozulması, digər tərəfdən 1949-cu il Cenevrə konvensiyalarına məhəl qoyulmamasıdır”.

1news.az-ın verdiyi xəbərə görə, bu fikirləri millət vəkili Emin Hacıyev cəbhəyanı zonada və Qarabağdan minlərlə km aralıda olan yaşayış məntəqələrimizdə Ermənistan ordusunun törətdiyi vəhşilik və terror aktları ilə bağlı danışarkən deyib.

O bildirib ki, bizim şəhər və kəndlərimiz demək olar ki, fasiləsiz atəşə tutulur, çoxsaylı mülki obyektlərə ziyan dəyir. Humanitar atəşkəs rejiminin qüvvəyə mindiyi andan ermənilər  Azərbaycan Respublikasının bir sıra rayonlarına yüzlərlə mərmi atıb. Düşmən döyüş meydanında məğlub olduğunu qəbul etmək istəməsə də, reallığı heç nə dəyişə bilməz. Qələbə Azərbaycanındır!

Düşünürəm ki, nəinki, beynəlxalq təşkilat və qurumlar, eləcə də dünyanın müxtəlif ölkələrində ictimai rəyə təsir edə bilən hər bir şəxs, mətbuat orqanları mülki şəxslərin, günahsız insanların vəhşicəsinə qətlə yetirilməsinə biganə qalmamalıdır. Atəşkəs haqqında razılaşmanın təşəbbüskarı və təminatçısı olan Rusiya Ermənistanın hərbi-siyasi rəhbərliyindən törətdiyi terror aktlarına görə hesabat tələb etməli, Ermənistana qarşı təzyiq mexanizmləri işə salınmalı, mülki əhaliyə qarşı terror aktlarına son verilməsi ciddi şəkildə tələb edilməlidir. Dünya bu dəfə də Ermənistanın əməllərini soyuqqanlılıqla qarşılayacaqsa, Paşinyan rejimi daha böyük vəhşiliklərə əl ata bilər və nəticədə bütövlükdə regionda sülhün və təhlükəsizliyin təminatı müşkülə çevrilər”.

S.Xankişiyeva

 

Paylaş:
677

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər