Müdafiə Nazirliyi: Ermənistan tərəfi təxribat xarakterli yalan məlumatlar yaymağa davam edir | 1news.az | Xəbərlər
Siyasət

Müdafiə Nazirliyi: Ermənistan tərəfi təxribat xarakterli yalan məlumatlar yaymağa davam edir

20:43 - 15 / 10 / 2020
Müdafiə Nazirliyi: Ermənistan tərəfi təxribat xarakterli yalan məlumatlar yaymağa davam edir

Ermənistanın işğal etdiyi Qırmızı Bazar yaşayış məntəqəsinin guya Azərbaycan Ordusu tərəfindən "Smerç" YARS vasitəsilə atəşə tutulması və mülki əhaliyə xəsarət yetirilməsi barədə yayılan xəbərin heç bir əsası yoxdur və yalandır.

Bu barədə 1news.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib:

“Bir daha bildiririk ki, humanitar atəşkəs rejiminə tam əməl edən Azərbaycan Ordusu yalnız zərurət yarandıqda qarşı tərəfi susdurmaq məqsədilə legitim hərbi obyektlərə atəş zərbəsi endirmək hüququnu özündə saxlayır”.

S.Xankişiyeva

 

Paylaş:
414

Son xəbərlər

Bütün xəbərlər