Türk Şurasının Baş katibi Ermənistanın Azərbaycan şəhərlərinə hücumlarını pislədi | 1news.az | Xəbərlər
Siyasət

Türk Şurasının Baş katibi Ermənistanın Azərbaycan şəhərlərinə hücumlarını pislədi

21:51 - 18 / 10 / 2020
Türk Şurasının Baş katibi Ermənistanın Azərbaycan şəhərlərinə hücumlarını pislədi

Xarici işlər naziri Ceyhun Bayramov və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyev arasında telefon danışığı baş tutub.

1news.az-a XİN-in mətbuat xidmətindən verilən xəbərə görə,C.Bayramov Baş Katibə bölgədəki son vəziyyət barədə məlumat verib və atəşkəsin rəsmi elan olunmasından sonra ikinci dəfə Ermənistan silahlı qüvvələri tərəfindən humanitar atəşkəsin pozulduğunu bildirib.

O, qeyd edib ki, Azərbaycan mövqelərinin intensiv atəşə tutulması və Füzuli, Cəbrayıl və Hadrut bölgələri istiqamətlərində hücum cəhdləri açıq şəkildə Ermənistanın atəşkəs rejiminə əməl etmədiyini və Azərbaycanın işğal olunmuş ərazilərindəki mövqeləri bərpa etməyi hədəf aldığını göstərir. Nazir Ermənistanın beynəlxalq hüquq normalarına və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə əməl etməli olduğunu vurğulayıb.

Baş katib Bağdad Amreyev Ermənistanın münaqişə zonasından uzaqda yerləşən Azərbaycanın şəhərlərinə və yaşayış yerlərinə hücumlarını pisləyib və Türk Şurasının Azərbaycanla həmrəyliyini qeyd edib. Bağdad Amreyev vurğulayıb ki, Ermənistan mülki əhaliyə qarşı hücumları dayandırmalı və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq qüvvələrini Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmalıdır.

C.Bayramov Türk Şurasının Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan haqlı mövqeyinə verdiyi dəstəyə görə Baş katibə təşəkkürünü bildirib.

S.Xankişiyeva

 

 

Paylaş:
515

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər