Almaniya səfiri: Federal Hökumət Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir | 1news.az | Xəbərlər
Siyasət

Almaniya səfiri: Federal Hökumət Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

19:40 - 19 / 10 / 2020
Almaniya səfiri: Federal Hökumət Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

Bu gün Ədliyyə naziri Fikrət Məmmədov Almaniya Federativ Respublikasının ölkəmizdəki səfiri Volfqanq Maniqi onun xahişi ilə qəbul edib.

Nazirlikdən 1news.az-a verilən məlumata görə, Azərbaycan və Almaniya arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə inkişafını qeyd edən nazir ölkələrimizin Ədliyyə nazirliklərinin səmərəli qarşılıqlı fəaliyyətini, o cümlədən hüquqi sahədə Almaniyanın Beynəlxalq Əməkdaşlıq Təşkilatı (GİZ) və Beynəlxalq Hüquq Əməkdaşlığı Fondu (İRZ) ilə sıx əlaqələri vurğulayıb.

Nazir ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən və beynəlxalq aləmdə təqdir olunan məhkəmə-hüquq islahatlarından danışıb, bu sahədə alman ekspertlərinin iştirakını qeyd edib.

Görüşdə səfir Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, xüsusilə son vaxtlar dinc əhaliyə qarşı törətdiyi müharibə cinayətləri barədə məlumatlandırılıb.

Bildirilib ki, razılaşdırılmış humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan tərəfindən insanların sıx yaşadığı şəhər və rayonlarımız ağır artilleriya atəşinə məruz qalıb, təmas xəttindən on kilometrlərlə uzaqda yerləşən Gəncə şəhərinə endirilmiş raket zərbələri nəticəsində qadınlar və uşaqlar olmaqla 25 nəfər həlak olub, 120-dən çox insan yaralanıb. Bütövlükdə isə 61 dinc vətəndaş vəfat edib, 282 nəfər xəsarət alıb, 2200 mülki infrastruktur obyektləri yararsız vəziyyətə düşüb. Ermənistan törətdiyi bu müharibə cinayətləri ilə beynəlxalq humanitar hüquq normalarını, 1949-cu il Cenevrə Konvensiyalarını kobud surətdə pozur.

Həmçinin qeyd olunub ki, işğal altındakı ərazilərimizdə qeyri-qanuni iqtisadi fəaliyyəti, Azərbaycana aid tarixi, mədəni və digər abidələrin dağıdılması və ya adlarının saxtalaşdırılması, qanunsuz məskunlaşdırma siyasətini həyata keçirən və bununla da torpaqlarımızı qaytarmaqda niyyətinin olmadığını göstərən Ermənistan rəhbərliyi açıq-aşkar müharibəyə təhrik edən bəyanatları ilə çıxış edərək danışıqlar prosesini tam pozmuşdur.

Bütün bunların ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən BMT Baş Assambleyasının 75-ci sessiyasında dünya ictimaiyyətinin diqqətinə çatdırıldığı vurğulanıb.

Eyni zamanda Almaniya Bundestaqı deputatlarının qanunsuz olaraq işğal altındakı torpaqlarımıza səfərinin təəssüf doğurduğu bildirən V.Maniq həmin deputatların ölkəsinin məhkəmə qərarlarına əsasən faşist mövqeyi ilə seçilən radikal partiya təmsilçiləri olduqlarını söyləyib, Federal Hökumətin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb.

O, son hadisələrlə bağlı dəqiq və dolğun məlumatlara görə təşəkkürünü ifadə edib, Azərbaycan həqiqətlərinin ölkəsində daha geniş təbliğ olunmasının əhəmiyyətini qeyd edib. Qonaq Azərbaycanın dostu olduğunu bildirərək, ölkəmizin tolerantlığını vurğulayıb, ikitərəfli əlaqələrin genişləndirilməsinə hazır olduğunu diqqətə çatdırıb, bildirib ki, Almaniyanın Avropa İttifaqında bu yaxınlarda edəcək sədrliyi əməkdaşlıq üçün əlavə imkan yaradacaqdır. Səfir, həmçinin Ədliyyə Nazirliyi ilə sıx əlaqələri yüksək qiymətləndirib.

Söhbət zamanı iki ölkə arasında ədliyyə sahəsində qarşılıqlı fəaliyyətin perspektivlərinə toxunulub, hüquqi yardım, ekstradisiya və digər əməkdaşlıq edilə bilən yeni sahələrlə bağlı faydalı fikir mübadiləsi aparılıb.

S.Xankişiyeva

 

Paylaş:
345

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər