Berlin sakinləri Ermənistanın Gəncəyə raket hücumu barədə məlumatlandırılıb – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Berlin sakinləri Ermənistanın Gəncəyə raket hücumu barədə məlumatlandırılıb – FOTO

21:26 - 19 / 10 / 2020
Berlin sakinləri Ermənistanın Gəncəyə raket hücumu barədə məlumatlandırılıb – FOTO

Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinə endirilən raket zərbəsi nəticəsində həlak olan çox sayda insanın, o cümlədən azyaşlı və qadınların xatirəsinin yad edilməsi üçün Azərbaycanın Almaniyadakı səfirliyinin qarşısında stend quraşdırılıb.

AZƏRTAC xəbər verir ki, stenddə erməni vəhşiliyinin qurbanı olan şəxslərin, o cümlədən uşaqların, habelə raket zərbəsi nəticəsində dağılmış yaşayış binaları və mülki obyektlərin fotoları əksini tapıb.

Almaniyadakı diasporumuzun üzvləri və alman ictimaiyyəti səfirlik önündə quraşdırılan stendlə bağlı məlumatlandırılıb, habelə bu barədə məlumat səfirliyin rəsmi internet səhifəsi və "Twitter” hesabında yerləşdirilib.

Hazırda diasporumuzun üzvləri, almanlar, eləcə də Almaniyada yaşayan digər millətlərin nümayəndələri səfirliyin önünə gələrək, erməni terrorunun qurbanı olmuş dinc sakinlərin xatirəsini anırlar.

S.Xankişiyeva

 

Paylaş:
447

Son xəbərlər

Bütün xəbərlər