Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyəti Gəncədədir - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyəti Gəncədədir - FOTO

14:15 - 20 / 10 / 2020
Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyəti Gəncədədir - FOTO

Ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) Sədri Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyəti Gəncədə səfərdədir.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, səfərin məqsədi  cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri Gəncənin mərkəzi hissəsində Ermənistan silahlı qüvvələrinin raket hücumlarının səbəb olduğu cinayət izləri ilə tanış olmaqdır. 

Nümayəndə heyətinin üzvləri hadisə baş verən əraziyə baş çəkib, sakinlərlə görüşüblər.

M.Şentopa Ermənistanın mülki əhaliyə qarşı törətdiyi cinayətlər barədə məlumat verilib.

1news.az

Paylaş:
417

Son xəbərlər

Bütün xəbərlər