Kamal Kılıçdaroğludan Prezident İlham Əliyevə məktub: Qəlbimiz Azərbaycanla döyünür | 1news.az | Xəbərlər
Rəsmi

Kamal Kılıçdaroğludan Prezident İlham Əliyevə məktub: Qəlbimiz Azərbaycanla döyünür

18:37 - 20 / 10 / 2020
Kamal Kılıçdaroğludan Prezident İlham Əliyevə məktub: Qəlbimiz Azərbaycanla döyünür

Türkiyə Respublikasının Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğludan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlanıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Sentyabrın 27-də Ermənistanın Azərbaycan Ordusunun mövqelərinə və yaşayış məntəqələrinə hücumları ilə başlayan, işğal altındakı ərazilərinizin azad edilməsinə yönələn hərbi əməliyyatlar zamanı şəhid olan qardaşlarımızla əlaqədar Sizə dərin hüznlə başsağlığı verir, yaralıların tezliklə sağalmalarını arzu edirəm.

Təqribən otuz ildir işğal altında olan Vətən torpaqlarınızın Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı nəticəsində hissə-hissə azad edilməsini məmnunluqla izləyir, haqlı mübarizənizdə Sizi dəstəkləyirik. Vətən torpaqlarınızın işğaldan azad olunması münasibətilə Sizi indidən təbrik edirəm.

Beynəlxalq ictimaiyyət Azərbaycan ərazilərinin illərdir işğal altında qalmasına, bir milyondan çox qaçqın və məcburi köçkünün öz doğma yurd-yuvalarından qovulmasına həll yolu tapa bilmədi. Dədə-baba torpağında doğulmayan, o yerləri görməyərək böyüyən nəsillər bu gün Azərbaycanın ərazilərinin tamamilə işğaldan azad ediləcəyi günləri həyəcanla gözləyir.

Moskvada əldə edilən müvəqqəti humanitar atəşkəsin münaqişənin həlli üçün yeni imkan yaradacağına ümid edir, Ermənistanın işğal altında saxladığı torpaqlardan tamamilə və qeyd-şərtsiz çıxmasının vacibliyini vurğulayırıq. Əldə olunan atəşkəsin əksinə olaraq, Ermənistanın müharibəni Azərbaycanın bütün ərazisinə yaymaq üçün Gəncə, Bərdə, Mingəçevir kimi yaşayış məntəqələrinə raket hücumları təşkil edərək, mülki vətəndaşların ölümünə səbəb olmasını şiddətlə qınayırıq.

Tarix və beynəlxalq hüquq baxımından haqlı olan Azərbaycanın döyüş meydanında olduğu kimi, diplomatiya sahəsində də üstünlüyünü davam etdirəcəyinə, haqlı mübarizəsini sonadək davam etdirərək Dağlıq Qarabağın yenidən ölkənizin tərkibinə daxil olmasını təmin edəcəyinə inanırıq.

Qəlbimiz Azərbaycanla döyünür. Ulu öndər Mustafa Kamal Atatürkün də vurğuladığı kimi, “Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir”.

S.Xankişiyeva

 

Paylaş:
469

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər