Xudafərin istiqamətində hərbi əməliyyatların aparılması barədə düşmənin yaydığı xəbər cəfəngiyatdır - Hikmət Hacıyev | 1news.az | Xəbərlər
Siyasət

Xudafərin istiqamətində hərbi əməliyyatların aparılması barədə düşmənin yaydığı xəbər cəfəngiyatdır - Hikmət Hacıyev

19:43 - 20 / 10 / 2020
Xudafərin istiqamətində hərbi əməliyyatların aparılması barədə düşmənin yaydığı xəbər cəfəngiyatdır - Hikmət Hacıyev

Ermənistan Müdafiə Nazirliyinin hərbi əməliyyatların Xudafərin istiqamətində aparılması barədə yaydığı xəbər cəfəngiyatdır və hətta şərhə də ehtiyacı yoxdur.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "Twitter" səhifəsində yazıb.

H.Hacıyev qeyd edib ki, bu, erməni cəmiyyətində hökm sürən qorxunu qismən azaltmağa hesablanmış dezinformasiyadır.

S.Xankişiyeva

 

Paylaş:
351

Son xəbərlər

Bütün xəbərlər