“Soros”un Azərbaycandilli uşaqları hərbi əməliyyatların əleyhinə çağırış etməyə başladı - TƏCİLİ ŞƏRH | 1news.az | Xəbərlər
Siyasət

 “Soros”un Azərbaycandilli uşaqları hərbi əməliyyatların əleyhinə çağırış etməyə başladı - TƏCİLİ ŞƏRH

19:38 - 21 / 10 / 2020
 “Soros”un Azərbaycandilli uşaqları hərbi əməliyyatların əleyhinə çağırış etməyə başladı - TƏCİLİ ŞƏRH

Cəbhədə sarsıdıcı zərbələr alan Ermənistan Azərbaycan Ordusunun uğurlu əməliyyatlarını dayandırmaq üçün bütün imkanlardan istifadə edir. Ermənistan rəhbərliyinin müxtəlif ölkələrin və beynəlxalq təşkilatların rəhbərlərinə etdiyi bezdirici zənglər cavabsız qalandan sonra növbəti taktika işlənməyə başlanıb.

Bu dəfə xaricdəki erməni havadarları Azərbaycana qarşı ənənəvi anti-kampaniya aparan “yerli şəbəkə”ni aktivləşdirməyə başlayıb.

Plan çox aydındır: əvvəl “milli sülh çarçıları” işə salınır, daha sonra onlara qrant verənlərin təzyiqi başlayır, daha sonra isə qrant verənlərə siyasi tapşırıq verənlər prosesə qoşulur və siyasi təzyiq gücləndirilir.

Aktivləşən “milli göyərçinlər” 

Prosesə start vermək üçün yenə də köhnə adamlardan istifadə olunur. Corc Soros layihələrinin fəal iştirakçısı olan Emin Hüseynov qəflətən “sülh carçısı” qismində çıxış etməyə başlayıb. Cəbhədə qəhrəmanlıq göstərən əsgərlərimizin ərazilərimizin bütövlüyü uğrunda yox, “Azərbaycan hakimiyyətinin güclənməsi naminə” vuruşduğunu iddia edən E. Hüseynov hərbi əməliyyatların dayandırılmasına çağırış edib.

Təkcə, Eminmi? Əlbəttə yox, bu şəbəkənin digər nümayəndəsi Arzu Qeybullasız olmaz ki... Arzu Qeybulla “kəşf edib” ki, bu müharibə öz hakimiyyətini “ömürlük legitimləşdirmək” istəyən iqtidarın “yeganə kartıdır”. Oxşar tezislərin eyni gündə “Meydan TV” tərəfindən də yayılmasına başlanılıb.

“Meydan TV” “Dağlıq Qarabağ: sülhü mümkünsüz edən müharibə, yoxsa müharibədən sonra birgəyaşayış...” məqaləsində yazır ki, “...Ermənistan və Azərbaycan arasında imzalanmış humanitar atəşkəs sazişinə baxmayaraq, Prezident İlham Əliyev Azərbaycanın Dağlıq Qarabağdakı ərazilərin azad edilməsi üçün hərbi əməliyyatlara davam etdiyini deyib”. “Meydan TV” erməni təbliğatının hər gün təkrarladığı yalanları səsləndirərək iddia edir ki, guya müharibədə itkilər artır, amma Azərbaycanda insanlar “eyforiyada yaşayır” və “prezidentin azad edilmiş torpaqlarla bağlı növbəti müraciətini dördgözlə gözləyirlər”.

Məhz Sorosun Ermənistandakı nümayəndəsi olan Nikol Paşinyan hərbi və siyasi məğlubiyyətin astanasında olduğu bir vaxtda eyni şəbəkənin Azərbaycandakı qolu fəallaşır və “sülh çağırışlarına” başlayır. Çünki qarşıya qoyulan əsas vəzifə

Paşinyanın hakimiyyətinin qorunub saxlamasıdır. Bu gün buna nail olmağın yolu Azərbaycan Ordusunun irəliləyişinə mane olmaqdır. Bunu Ermənistanın hazırkı hərbi gücü ilə etmək mümkünsüzdür.

Paşinyanın hazırkı siyasi nüfuzu da açılmayan telefon zənglərindən bəllidir.

Ona görə də Azərbaycan Ordusunun apardığı ədalətli müharibəni gözdən salmağa, Ali Baş Komandan və Ordunun arxasında duran xalq arasında çaşqınlıq yaratmağa, ölkədəki birliyi sarsıtmağa yönəlmiş təxribatlara əl atılır. Məhz buna görə indi - Ermənistan acı məğlubiyyətin bir addımlığında olduğu vaxt Azərbaycandilli “soros uşaqları” xorla “sülh mahnıları” oxumağa başlayıblar və bu çağırışlar İrəvanda səslənən bəyanatlarla üst-üstə düşür...

Xalqın cavabı

Azərbaycan xalqının bu gün Ali Baş Komandana göstərdiyi etimad, yalnız ondan qələbə xəbəri gözlədiyi ictimai rəyi bilən hər kəsə bəllidir. Bunu “Soros”lular da yaxşı bilir.

Xalq həm də sosial mediada Ali Baş Komandana, Orduya qarşı təxribat törətmək istəyənlərə cavab verir. Məsələn, “Meydan TV”-nin  Ermənistana “ürəyiyananlıq” edən mövqeyinə sosial şəbəkə iştirakçıları bu şərhlərlə cavab verib: “Müharibə bizim xeyrimizə bitsin inşallah, "Meydan Tv", "Azad Söz", "Osmanqızı" - bu kanalların barəsində ölçü götürülməlidir. Bu kanallar birbaşa düşmənlərimizin maraqlarına xidmət edir”,

“Meydan TV-ni fikir götürüb ki, Qarabağ azad olunandan sonra nəyi bəhanə edib danışacaq”,  

“Biz Meydan TV-nin bu pisliyini unutmayacağıq!”,  

“MeydanyanTV-siz siz, ermənidən betərsiniz!”,

“Məsləhət görürəm Meydan TV ofisini Yerevana köçürsün”...

Yenə deyəsən sahiblərinizdən sifariş gəlib. Nə ucuzuymuşsunuz, Meydan tv? Yaxşı ki, tanıtdınız da özünüzü”,

Utanıb ölmədiniz o cümlələri quranda? Ara qarışdırmaqdan başqa onsuz da bir işə yaramırsınız! İç üzünüzü yaxşı çıxardınız üzə!

Soros əmiyə demokratiya və azad media göstərib, para ala bilərsiz. Amma şərəf və vətən sevgisini heç bir halda ala bilməyəcəksiniz” və s.

Bu həmin şərhlərin yalnız bir qismidir. Sosial media istifadəçiləri “Meydan TV” ilə bağlı ciddi tədbirlərin görülməsini, bu qurumla qanunsuz əməkdaşlıq edən şəxslərin aşkarlanmasını, dezinformasiya və yalan xəbərlər yayılmasının qarşısının alınmalı olduğunu da yazırlar.

APA-Analitics

 

Paylaş:
488

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər