Hikmət Hacıyev: 20 oktyabrda 6 şəhərə 498 mərmi, 4 raket və 3 dron hücumu olub | 1news.az | Xəbərlər
Siyasət

Hikmət Hacıyev: 20 oktyabrda 6 şəhərə 498 mərmi, 4 raket və 3 dron hücumu olub

10:30 - 21 / 10 / 2020
Hikmət Hacıyev: 20 oktyabrda 6 şəhərə 498 mərmi, 4 raket və 3 dron hücumu olub

Ermənistan Azərbaycanlı mülki vətəndaşlarına qarşı müharibə cinayətlərini davam etdirir.

1news.az-ın məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında yazıb.

O qeyd edib ki, 20 oktyabrda 6 şəhərə 498 mərmi, 4 raket və 3 dron hücumu olub:

- Tərtər - 423 mərmi

- Ağdam - 49 mərmi

- Ağcabədi - 24 mərmi 

- Goranboy - 2 mərmi

- Naftalan/Goranboy - "Smerch" raketləri.

Tərtərdə 2 mülki şəxs həlak olub, biri yaralanıb.

1news.az

Paylaş:
400

Son xəbərlər

Bütün xəbərlər