“The Telegraph” qəzeti: Dağlıq Qarabağda sülhün təmin olunmasının əsas yolu Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsidir | 1news.az | Xəbərlər
Siyasət

“The Telegraph” qəzeti: Dağlıq Qarabağda sülhün təmin olunmasının əsas yolu Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsidir

13:07 - 22 / 10 / 2020
“The Telegraph” qəzeti: Dağlıq Qarabağda sülhün təmin olunmasının əsas yolu Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsidir

Böyük Britaniyanın “The Telegraph” qəzetində “Dağlıq Qarabağda sülhün təmin olunmasının əsas yolu Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsidir” sərlövhəli məqalə dərc olunub.

1news.az AZƏRTAC-a istiandən xəbər verir ki, məqalədə Ermənistan ilə Azərbaycan arasında 30 ilə yaxındır davam edən münaqişənin tarixi, Azərbaycana qarşı ərazi iddiaları sürən Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizinin işğal olunması, Dağlıq Qarabağda və ona bitişik rayonlardakı azərbaycanlıların öz daimi yaşayış yerlərindən məhrum edilərək məcburi köçkünə çevrilməsi, eləcə də bu münaqişə ilə bağlı həqiqətlərin düzgün və dolğun şəkildə dünya ictimaiyyətinə çatdırılması ilə bağlı görülən işlər öz əksini tapıb.

Məqalədə beynəlxalq KİV-lərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin işıqlandırılması zamanı bəzilərinin yanlış olaraq bu münaqişəni “mübahisəli Dağlıq Qarabağ anklavı” kimi təqdim etdikləri bildirilir.

Qeyd edilir ki, bu münaqişə nəticəsində 800 mindən çox Azərbaycan vətəndaşı məcburi şəkildə öz evlərindən didərgin salınıb, dinc sakinlər qətlə yetirilib və mülki infrastruktur məhv edilib. Münaqişə nəticəsində Azərbaycan tarixboyu üzləşdiyi ən böyük humanitar böhranla üz-üzə qalıb.

Sülhün əldə olunması üçün vaxtın çoxdan yetişdiyini vurğulayan müəllif qeyd edir ki, belə bir sülh yalnız hər iki tərəfin xoş niyyətlə apardığı danışıqlar vasitəsilə mümkün ola bilər. Beynəlxalq ictimaiyyət başa düşməlidir ki, Azərbaycan ərazilərinin bir hissəsi işğal olunub və tərəflər arasında baş tutacaq hər hansı danışıqların obyekti məhz işğal olunmuş həmin ərazilərin geri qaytarılmasıdır.

Müəllif Dağlıq Qarabağın bəzən “mübahisəli anklav” kimi təqdim edilməsinin yanlış olduğunu vurğulayaraq, Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ bölgəsinin və onun ətrafındakı yeddi rayonun bütün dünya ictimaiyyəti tərəfindən Azərbaycan ərazisi kimi tanındığını bildirir. Həmçinin 30 ilə yaxındır ki, Birləşmiş Millətlər Təşkilatı tərəfindən Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyən və Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağ ərazisindən dərhal çıxarılmasını tələb edən dörd qətnamənin qəbul edildiyi vurğulanır.

Məqalədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dini mahiyyət daşıması ilə bağlı fikirlərin də tamamilə yanlış olduğu bildirilir. Müəllif əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycanda əhalisinin əksəriyyəti xristian olan Ermənistandan fərqli olaraq böyük yəhudi və xristian icmalarının, eləcə də müxtəlif konfessiyaların nümayəndələrinin tarixboyu dinc yanaşı yaşadıqlarını qeyd edir.

Məqalədə, həmçinin Dağlıq Qarabağ bölgəsinin Azərbaycanın gözəl təbiətə və mədəni irsə malik olduğu, lakin erməni işğalı altında olan həmin ərazilərdə Azərbaycana məxsus tarixi keçmişin əlamətlərini silmək və tarixi dəyişdirmək məqsədilə bir çox abidələrin və memarlıq nümunələrinin dağıdıldığı qeyd olunur.

Müəllif yazır ki, sülhün əldə olunması üçün vaxt çoxdan yetişib və bu sülh üç şeydən asılıdır. Birincisi, bu münaqişə ilə bağlı həqiqətlər barədə dünya ictimaiyyətinə daha geniş və dolğun məlumatın çatdırılmasıdır. İkincisi, münaqişənin həll yolunun tapılmasında beynəlxalq ictimaiyyətin səylərinin daha da artırılmasıdır. Üçüncüsü isə sülhün əldə olunmasının əsas yolunun Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə mümkün olduğunun qəbul edilməsidir.

1news.az

Paylaş:
353

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər