İƏT: Ermənistan silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmalıdır | 1news.az | Xəbərlər
Siyasət

İƏT: Ermənistan silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmalıdır

18:24 - 22 / 10 / 2020
İƏT: Ermənistan silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmalıdır

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəsə baxmayaraq, davamlı hücum etməsini və dinc əhalini hədəfə almasını pisləyib. AZƏRTAC xəbər verir ki, bu barədə təşkilatın bəyanatında qeyd olunub.

Bəyanatda təşkilatın Azərbaycanla həmrəyliyi, İƏT və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri vurğulanıb.

“Ermənistan silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmalıdır”, - deyə bəyanatda bildirilib.

S.Xankişiyeva

 

Paylaş:
306

Son xəbərlər

Bütün xəbərlər