Ceyhun Bayramovun “The Washington Times” qəzetində məqaləsi dərc olunub | 1news.az | Xəbərlər
Siyasət

Ceyhun Bayramovun “The Washington Times” qəzetində məqaləsi dərc olunub

16:38 - 23 / 10 / 2020
Ceyhun Bayramovun “The Washington Times” qəzetində məqaləsi dərc olunub

İkinci Ermənistanın, qondarma "Dağlıq Qarabağ Respublikası"nın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində heç bir gələcəyi yoxdur.

1news.az Trend-ə istinadən bildirir ki, bu barədə Xarici işlər naziri Ceyhun Bayramovun "The Washington Times" qəzetində dərc olunmuş "Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. Bu əsasda Ermənistanla müharibə bitirilə bilər" adlı məqaləsində deyilir.

Nazir məqalədə bildirib ki, bütün ölkələr, o cümlədən ABŞ və Rusiya, hətta Ermənistan özü də Azərbaycanın ərazi bütövlüyünü və Dağlıq Qarabağın onun tərkibində danılmaz yerini təsdiq edir:

"Danışıqlar aparmağa gərək yoxdur, Azərbaycanın tərkib hissəsi kimi bir torpaqda sülh içində birgəyaşayışın yollarını axtarmaq lazımdır. Bu, mümkündür. Azərbaycanda sülh və əmin-amanlıq şəraitində sünnilər və şiələr, yəhudilər və xristianlar, azərbaycanlılar, ruslar, ləzgilər, avarlar, talışlar, gürcülər, saxurlar və digər xalqlar yaşayır. İşğal olunmuş ərazilər nəzərə alınmadan 30 minə yaxın erməni Azərbaycanı öz evi adlandırır. Bura monolit etnosun və ya vahid dinin yeri deyil".

Nazir qeyd edib ki, bununla belə, Ermənistanın indiki hökuməti hazırda öz destruktiv siyasətini davam etdirir:

"Azərbaycan Ermənistanla qonşu kimi sülh və çiçkələnmə şəraitində yaşamaq istəyir. Bizim bütün problemlərimiz erməni işğalı və sülhü üçün yeganə şərt olan qoşunların öz ərazilərimizdən çıxarılmasının icra olunmaması ilə əlaqədardır. Biz başqa cür yaşamağı öyrənməliyik. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Bunun əsasında biz müharibəyə son qoya və sülh yoluna qədəm qoya bilərik".

1news.az

Paylaş:
313

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər