Hikmət Hacıyev: Ermənistanın müharibə cinayətləri törətmiş rəhbərliyini bir daha xəbərdar edirik | 1news.az | Xəbərlər
Siyasət

Hikmət Hacıyev: Ermənistanın müharibə cinayətləri törətmiş rəhbərliyini bir daha xəbərdar edirik

23:25 - 23 / 10 / 2020
Hikmət Hacıyev: Ermənistanın müharibə cinayətləri törətmiş rəhbərliyini bir daha xəbərdar edirik

Ermənistanın bu kimi yalanları Xankəndidə olan beynəlxalq jurnalistlər tərəfindən də ifşa olunur. Hazırda Ermənistan və kriminal xuntanın nümayəndələri tərəfindən Azərbaycanın şəhərlərinin vurulması barədə iddialar səslənir. Bu döyüş meydanında Ermənistanın məğlubiyyəti və acizliyinin göstəricisidir.

1news.az-ın verdiyi xəbərə görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, Gəncə şəhərinə atdıqları raketdən sonra döyüş meydanında Ermənistan silahlı qüvvələrinə vurulmuş zərbədən hələ özlərinə gələ bilməyiblər.

"Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən bəyan edildiyi kimi, əgər onlar bir daha Azərbaycan şəhərlərinə raketlə hücum etməyə cürət edərlərsə, onlara döyüş meydanında daha da sərt şəkildə cavab veriləcəkdir.

Bu xüsusda, Ermənistanın müharibə cinayətləri törətmiş rəhbərliyini bir daha xəbərdar edirik". 

S.Xankişiyeva

 

 

Paylaş:
465

Son xəbərlər

Bütün xəbərlər