Ali Baş Komandan: Azərbaycanın qarşısında heç kim dura bilməz | 1news.az | Xəbərlər
Siyasət

Ali Baş Komandan: Azərbaycanın qarşısında heç kim dura bilməz

21:26 - 25 / 10 / 2020
Ali Baş Komandan: Azərbaycanın qarşısında heç kim dura bilməz

“Mən demişəm biz onları qovuruq, qovacayıq.”

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində Müdafiə Nazirliyinin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlik komandirlərinin iştirakı ilə keçirilən operativ müşavirədə çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev deyib.

“Azərbaycanın qarşısında heç kim dura bilməz. Biz haqlıyıq. Biz öz torpağımızda vuruşuruq, öz ərazi bütövlüyümüzü bərpa edirik. Biz Ermənistan ərazisinə keçməmişik. Belə fikrimiz yoxdur. Belə fikir olsaydı çoxdan bunu edərdik. Və bunu etmək üçün böyük səy göstərmək lazım deyil”.

S.Xankişiyeva

 

Paylaş:
450

Son xəbərlər

Bütün xəbərlər