Düşmənin məhv edilmiş və qənimət kimi götürülmüş texnikasının bir hissəsinin SİYAHISI | 1news.az | Xəbərlər
Rəsmi

Düşmənin məhv edilmiş və qənimət kimi götürülmüş texnikasının bir hissəsinin SİYAHISI

13:28 - 26 / 10 / 2020
Düşmənin məhv edilmiş və qənimət kimi götürülmüş texnikasının bir hissəsinin SİYAHISI

Prezident İlham Əliyev 27-si sentyabrdan bu günə qədər Ermənistanın məhv edilmiş və qənimət kimi götürülmüş texnikasının bir hissəsinin siyahısını açıqlayıb.

1news.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün xalqa müraciətində deyib.

Dövlət başçısı bildirib ki, 252 tank məhv edilib, 53 tank qənimət kimi götürülüb: “Toplam 305 tankdan Ermənistan məhrum edilib. Amma hələ tankları var. Görün nə qədər tank olub onlarda? Piyadaların döyüş maşını 50-si məhv edilib, 29-u qənimət kimi götürülüb. 79 dənə. Müxtəlif çaplı toplar: 251-i məhv edilib, 24-ü qənimət kimi götürülüb. Minaatan 61-i məhv edilib, 45-i qənimət kimi götürülüb. Toplam 106. Toplar toplam 275. Tank əleyhinə vasitə: 53-ü məhv edilib. 82 “Qrad” qurğusu məhv edilib. “Uraqan” 2-si, “YARS” (Yaylım Atəşli Raket Sistemləri) 2-si, “TOS” 1-i məhv edilib. Zenit raket kompleksləri Tor 4-ü, OSA 40-a yaxını, KUB 4-ü, Kruq 1-ü, 2 ədəd S-125 qurğusu məhv edilib.

S-300 - ən bahalı qurğularından biri - 6-sı məhv edilib. 6 atıcı qurğusu məhv edilib. 1 aşkaretmə stansiyası, 1 lokator. Qiyməti bəllidir. Hər kəs hesablaya bilər. Əməliyyat taktiki raket kompleksləri “Elbrus” 2-si məhv edilib, “Toçka U” 1-i məhv edilib. 231 yük avtomobili məhv edilib, onlardan 20-si sursatı ilə. 173 yük avtomobili hərbi qənimət kimi götürülüb. Toplam 404 yük avtomobilindən biz düşməni məhrum etmişik”.

Prezident bildirib ki, hamı bu məhv edilən hərbi texnikaların qiymətini öyrənə bilər. 

"Borc içində olan bir dövlət bunu necə ala bilər?". 

1news.az

Paylaş:
465

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər