Azərbaycan Prezidenti: “Biz döyüş meydanında tarixi ədaləti bərpa edirik” | 1news.az | Xəbərlər
Rəsmi

Azərbaycan Prezidenti: “Biz döyüş meydanında tarixi ədaləti bərpa edirik”

12:43 - 26 / 10 / 2020
Azərbaycan Prezidenti: “Biz döyüş meydanında tarixi ədaləti bərpa edirik”

“Bir aya yaxındır ki, İkinci Qarabağ Müharibəsi davam edir”.

1news.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün xalqa müraciətində bildirib.

Dövlət başçısı deyib ki, bu müharibə xalqımız üçün Vətən Müharibəsidir: “Biz Vətən torpaqlarını işğalçılardan azad edirik. Bu müddət ərzində şanlı Azərbaycan Ordusu bir çox yaşayış məntəqəsini düşməndən azad edib. Biz döyüş meydanında tarixi ədaləti bərpa edirik. Çünki Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb, yaradıb və qurub. Qarabağ tarixini biz yaxşı bilirik”.

1news.az

Paylaş:
480

Son xəbərlər

Bütün xəbərlər