Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur

21:02 - 27 / 10 / 2020
Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur

Xocavənd və Laçın ərazilərinin guya Azərbaycan Ordusu tərəfindən atəşə tutması barədə Ermənistan mətbuatının yaydığı məlumatın heç bir əsası yoxdur və yalandır.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən 1news.az-a bildirilib ki, əksinə, oktyabrın 27-də saat 16.00 radələrində Ermənistan silahlı qüvvələri Azərbaycanın Bərdə rayonu ərazisini “Smerç” yaylım atəşli reaktiv sistemləri ilə atəşə tutub. Ermənistanın siyasi-hərbi rəhbərliyinin bu müharibə cinayəti nəticəsində mülki şəxslər, o cümlədən azyaşlı uşaq həyatını itirib və aralarında uşaqlar və qadınlar olmaqla xeyli sayda mülki şəxs xəsarət alıb.

Azərbaycan Ordusu bütün cəbhəboyu humanitar atəşkəs rejiminə əməl edir.

S.Xankişiyeva

 

Paylaş:
427

Son xəbərlər

Bütün xəbərlər