Diaspor Komitəsi xaricdə yaşayan azərbaycanlılara müraciət edib | 1news.az | Xəbərlər
Siyasət

Diaspor Komitəsi xaricdə yaşayan azərbaycanlılara müraciət edib

18:36 - 28 / 10 / 2020
Diaspor Komitəsi xaricdə yaşayan azərbaycanlılara müraciət edib

Diasporla İş üzrə Dövlət Komitəsinin Azərbaycan diasporuna və dost xalqların diaspor nümayəndələrinə müraciət edib.

1news.az-ın verdiyi xəbərə görə, müraciətdə bildirilir:

"Təəssüf hissi ilə bəyan edirik ki, 27 sentyabr 2020-ci il saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycan ordusunun cəbhə zonasında yerləşən mövqelərini iriçaplı artilleriya qurğularından atəşə tutub.

Dünya dövlətlərinin susqunluğundan daha da azğınlaşan düşmən cəbhə bölgəsindən uzaqda yerləşən Gəncə, Mingəçevir, Bərdə və digər yaşayış məntəqələrini də artilleriya atəşinə tutur. Beynəlxalq konvensiyalarla istifadəsi qadağan edilmiş raketlərlə mülki insanların hədəfə alınması nəticəsində, azyaşlı uşaqlarda daxil olmaqla, 69 nəfər vəfat edib, 305 nəfər yaralanıb, 2247 fərdi yaşayış evi və 90 çoxmənzilli yaşayış binası yararsız hala düşüb, 402 mülki obyekt dağıdılıb.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz tərəfindən düşmən təxribatlarına layiqli cavab verilməkdədir. Müzəffər ordumuz tərəfindən 30 ilə yaxındır işğal altında olan torpaqlarımız azad edilir, şəhər və kəndlərimizdə üçrəngli bayrağımız dalğalanır.

Düşmənin təxribatlarından hiddətlənən soydaşlarımız, həm də şanlı ordumuzun zəfərləri ilə qürur və fərəh hissi yaşayırlar. Təqdirəlayiq haldır ki, bu gün uşaqdan böyüyə hər bir soydaşımız, sülhsevər hər bir insan ərazi bütövlüyünün bərpası uğrunda apardığı ədalətli mübarizəsində Azərbaycan dövlətinə müxtəlif platformalarda dəstək nümayiş etdirir.

Hörmətli diaspor nümayəndələri, acı məğlubiyyətləri ilə barışa bilməyən terrorçu və işğalçı Ermənistan dövlətinin, nəinki Azərbaycan ərazisində, eyni zamanda xarici ölkələrdə də həmvətənlərimizə, habelə Azərbaycana dost münasibəti bəsləyən xalqların diaspor nümayəndələrinə qarşı terror-təxribat və digər pozuculuq aktlarını həyata keçirməsi istisna edilmir. Uzun illərin təcrübəsi belə deməyə əsas verir ki, zaman-zaman dünyanın müxtəlif ölkələrində qanlı aksiyalar törədən ASALA terror təşkilatı düşmənin tapşırığı ilə istənilən vaxt, istənilən yerdə qanlı təxribat törədə bilər. Xüsusilə, erməni diasporunun daha çox məskunlaşdığı ABŞ və Ermənistanın havadarı qismində çıxış edən Fransa kimi dövlətlərdə yaşayan soydaşlarımızı, eləcə də dost xalqların diaspor nümayəndələrini təxribatlara hazır olmağa və ehtiyatlı davranmağa səsləyirik.

Qeyd edilənləri nəzərə alaraq, Sizləri ayıq-sayıq olmağa, şübhəli hallar müşahidə etdiyiniz təqdirdə yaşadığınız ölkənin hüquq mühafizə orqanlarına, eləcə də Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə, Diasporla İş üzrə Dövlət Komitəsinə, xaricdəki Azərbaycan evlərinə və Azərbaycanlıların Koordinasiya Şuralarına müraciət etməyinizi tövsiyə edirik".

S.Xankişiyeva

 

 

Paylaş:
335

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər