Vətən müharibəsinin 1 ayı Ermənistanın siyasi intiharı ilə müşaiyət olunur | 1news.az | Xəbərlər
Cəmiyyət

Vətən müharibəsinin 1 ayı Ermənistanın siyasi intiharı ilə müşaiyət olunur

10:30 - 28 / 10 / 2020
Vətən müharibəsinin 1 ayı Ermənistanın siyasi intiharı ilə müşaiyət olunur

Vətən müharibəsinin 1 ayı tamam olur. Sentyabrın 27-də düşmənin təxribatlarına cavab olaraq əks hücum əməliyyatına başlayan Azərbaycan Ordusu öz ərazilərini işğaldan azad edərək tarix yazır.

Son bir ayın yekununa nəzər salsaq, istər siyasi, istisadi, istərsə də hərbi sahədə balans Azərbaycanın xeyrinədir. Azərbaycan 1 ay ərzndə onsuz da öz xeyrinə olan balansı müsbət istiqamətə dəyişməklə öz mövqelərini daha da möhkəmləndirməkdədir. 27 ildir, Ermənistanın destruktiv, beynəlxalq birliyin isə ikili standartlar siyasəti ucbatından icra olunmayan BMT Təlükəsizlik Şurasının  822, 853, 874 və 884 saylı qətnamələrini Azərbaycan 1 ay ərzində icra etməkdədir. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Hadrut, Ağbənd, Mincivan qəsəbələri, 165-dən çox kənd, Murovdağ zirvəsi daxil olmaqla, bir sıra strateji yüksəkliklər cəmi 1 ay ərzində azad edilib. Azərbaycan son 1 ayda 30 ilə yaxındır davam edən “status-kvo”nu darmadağın etdi. Artıq təmas xətti və “status-kvo” yoxdur. Bu, o deməkdir ki, son 1 ayda məhz Azərbaycanın hərbi-siyasi gücü hesabına regionda yeni geosiyasi reallıq yaranıb və bütün şərtləri artıq Azərbaycan diktə edir.                                                

1 ay həm də Ermənistanın siyasi-diplomatik cəbhədə məğlubiyyəti ilə müşaiyət olunmaqdadır. Belə ki, üçüncü tərəfi münaqişəyə cəlb etmək cəhdi iflasa uğrayan Ermənistan üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından gözlədiyi dəstəyi ala bilmədi. Xüsusilə Rusiya prezidenti Vladimir Putinin mövcud vəziyyətdə KTMT-nin öhdəlikləri ilə bağlı ünvanlanan suala cavab olaraq, “döyüş Ermənistan ərazisində aparılmır” söyləməsi işğalçının təkləndiyinin ən bariz göstəricisi idi. Cəmi 1 aya döyüş meydanında məğlub duruma düşən və beynəlxalq güclərdən yardım diləyən işğalçı ölkənin yeganə “qazanc”ı humanitar atəşkəs oldu. Lakin təcavüzkar burda da ziddiyyətli siyasətindən əl çəkməyərək, hər 3 humanitar atəşkəsi mülki əhalini hədəfə almaqla özü pozdu, bununla da beynəlxalq hüququ kobud şəkildə pozan tərəf kimi özünü ifşa etdi. 1 ay ərzində təkcə hərbi infrastrukturun məhvi Ermənistan iqtisadiyyatına azı 3 milyard dollar ziyan vurub.

Daxildə baş verəcək sosial partlayışı nəzərə alaraq, Paşinyan höküməti canlı qüvvəsinin itkilərini saymaqdan da boyun qaçırır. Belə ki, düşmən ölkə döyüş meydanında qalan hərbçilərin cəsəsdlərini götürməkdən imtina edib. Bu yanaşma onsuz da xaotik vəziyyətdə olan Ermənistan ordusunda mövcud ruh düşkünlüyünün daha da artmasına səbəb olub. Ermənistan ordusunun hərbçiləri arasındakı nizam-intizamsızlıq, fərarilik halları, zabit-əsgər qarşıdurması pik həddə çatıb. Cəmiyyətdə dövlətə və orduya inamsızlıq gənclərin zorən könüllü qismində cəbhəyə göndərilməsi, hərbi xidmət yaşına çatan şəxslərin ordudan yayınmaq məqsədilə “COVİD-19” testini müsbət yazdırması kimi faktlar Ermənistanın son 1 ayda düşdüyü acınacaqlı durumun aydın mənzərəsidir. İşğalçı ölkədən fərqli olaraq, Azərbaycan cəmiyyəti istər ön cəbhədə, istərsə də arxa cəbhədə yalnız böyük qələbəyə köklənib. Azərbaycan əsgəri işğaldan azad olunan ərazilərimizdə üçrəngli bayrağımızı dalğalandırmaqla tarix yazır, çörək və silah çatışmazlığından gileylənən erməni əsgərinin isə öz postunu tərk edib qaçmaması üçün qolları qandallanır. Çünki Ali baş Komandan İlham Əliyevin də söylədiyi kimi, Azərbaycan əsgəri öz ərazi bütövlüyü uğrunda mübarizə aparır.

Bir ay ərzində vəziyyətin necə və kimin xeurinə dəyişdiyini görmək üçün daha bir fakta nəzər salmaq vacibdir. Belə ki, Azərbaycan Prezidenti öz doğma xalqına işğaldan azad olunan ərazilərlə bağlı müjdə xəbəri çatdırır, Ermənistan rəhbərliyi isə orduda canlı qüvvə çatışmazlığı səbəbindən qadınları səfərbər olmağa çağırır.

Azərbaycan son 1 ayda Ermənistanın informasiya cəbhəsindəki mövqelərini də darmadağın edib. Ermənistan 1 ay ərzində informasiya cəbhəsində də iflic vəziyyətə düşüb. Prezident İlham Əliyevin dünyanın nüfuzlu KİV-lərinə intensiv müsahibələri, bəzi hallarda qərəzli suallara yüksək peşəkarlıqla əsaslı arqumentləri Azərbaycan həqiqətlərinin bəyan edilməsi, eyni zamanda Ermənistanın terrorçu siyasətinin ifşasını daha da dərinləşdirir. İşğalçı ölkənin baş naziri Nikol Paşinyan, eləcə də digər rəsmi şəxslər isə dünya KİV-lərinin sualları qarşısında rəzil və acınacaqlı duruma düşməkdə davam edirlər.

Vətən müharibəsi davam edir. Heç bir qüvvə bizi haqq işimizdən döndərə bilməz. Ali baş Komandanın da bəyan etdiyi kimi, biz düşməni sona qədər qovacağıq. Sadəcə, düşmən son 1 ayın nəticələrinə baxıb qərar verməlidir… Paşinyan və ölkəsinin xilası uduzmuş generallarda yox, işğal siyasətindən əl çəkməkdədir. Vaxt gedir....

Könül Nurullayeva, Milli Məclisin deputatı

Paylaş:
405

Son xəbərlər

İcbari Sığorta Bürosuna yeni icraçı direktor təyin edilibBu gün, 10:44Bakıda narkokuryerlik edən “Wolt” sürücüsü və eyni əməli törədən qadın saxlanılıbBu gün, 10:36Putindən Ərdoğanla bağlı tərif dolu sözlər: Onun siyasi iradəsi beynəlxalq sülhə töhfə verirBu gün, 10:29Əmtəə bazarlarında qızıl cüzi bahalaşıb, gümüş isə ucuzlaşıbBu gün, 10:29Kapital Bank-ın dəstəyi ilə keçirilən “My Technology” müsabiqəsi başa çatıbBu gün, 10:18Avropada daha bir “bozqurd” salamı - FOTOBu gün, 09:56Azərbaycan Prezidenti Xankəndi Konqres Mərkəzinin təməlini qoyubBu gün, 09:55Xankəndidə əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışı olubBu gün, 09:43Prezident Xankəndidə Qarabağ Universitetində görülən işlərlə tanış olubBu gün, 09:35AMB iyulun 5-nə olan valyuta məzənnələrini açıqladıBu gün, 09:32İlham Əliyev Xocalı hava limanında olubBu gün, 09:18Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:11Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunurBu gün, 09:02Özbəkistan Prezidenti Azərbaycana gəlirBu gün, 08:50Viktor Orban Azərbaycana səfər edəcək04 / 07 / 2024, 17:45Fövqəladə Hallar Nazirliyində COP29-la bağlı qərargah yaradılıb04 / 07 / 2024, 17:40Azərbaycan Prezidenti ŞƏT-ə üzv ölkələrin liderlərini COP29-a dəvət edib04 / 07 / 2024, 17:28Prezident İlham Əliyev Astanada “ŞƏT plyus” formatında görüşdə çıxış edib - YENİLƏNİB04 / 07 / 2024, 17:21Gəncədə qanunsuz tikinti işləri dayandırılıb04 / 07 / 2024, 17:18Heydər Əliyev Beynəlxalq Aeroportu ACI EUROPE 2024 İllik Konqresi və Baş Assambleyasında iştirak edir04 / 07 / 2024, 16:59
Bütün xəbərlər