Erməni qadın: “Məni zirzəmidə qazsız, susuz, çörəksiz qoyub qaçdılar” - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Erməni qadın: “Məni zirzəmidə qazsız, susuz, çörəksiz qoyub qaçdılar” - VİDEO

12:23 - 28 / 10 / 2020
Erməni qadın: “Məni zirzəmidə qazsız, susuz, çörəksiz qoyub qaçdılar” - VİDEO

Ermənistan hakimiyyəti üçün insan amili sonuncu məsələdir. Biz bunu təkcə günlərdir döyüş meydanına atıb qaçdıqları əsgərlərinin timsalında yox, eyni zamanda yaşlıdır deyib, düşmənçilik niyyətlərindən heç zaman əl çəkmədikləri, nifrətlərini bir an belə olsun əskik etmədikləri Azərbaycan əsgərinin işğaldan azad etdikləri torpaqlarda qoyub qaçdıqları yaşlı vətəndaşlarının, qadınlarının timsalında da görə bilərik. Bir daha aydın olur ki, Ermənistan hakimiyyəti üçün müqəddəs heç nə yoxdur. 

Bu fikirləri Hadrutun erməni işğalından azad olunması zamanı tapılan iki yaşlı qadından biri olan Yevgeniya Babayanın dedikləri bir daha təsdiq edir: "Biz həmişə azərbaycanlılarla birgə yaşamışıq. Mehriban, sülh şəraitində onlarla birgə xəstəxanada işləmişəm. Məni çox yaxşı qəbul edirdilər. Gəldim Hadruta, bir xeyli vaxt keçdi. Bu müharibə başladı. Ermənilər məni evin zirzəmisində qoyub qaçdılar. Dedilər ki, səni aparacağıq, aparmadılar. Məni zirzəmidə qazsız, susuz, çörəksiz qoydular.

Azərbaycanlı gəldi, mənə kömək etdi, dedi ki qorxma-qorxma, bacı, avtomobillə Bakıya gətirdi. İndi Bakıda xəstəxanadayam. Məni yaxşı yedizdirirlər, yaxşı baxırlar. Çox minnətdaram. Ona görə ki, bizim ermənilər məni qoruya bilmədilər. Bizim ermənilər məni qoyub qaçdılar.

Atalar, analar, çətin şey deyil sülh yaratmaq, kömək edin ki, azərbaycanlılarla birgə yaşayaq. Bu, həyat deyil, bu, yaşayış deyil".

Erməni qadınının bu söylədikləri Azərbaycan ordusunun düşmən ölkənin vətəndaşlarına qarşı da xilaskar missiyanı humanizm prinsipləri və Cenevrə konvensiyaları əsasında bütün zəruri humanitar çərçivələr daxilində yüksək səviyyədə həyata keçirdiklərini əyani şəkildə sübut edir. 

Xatırladaq ki, Ermənistan hərbçilərinin işğal etdikləri ərazilərdən geri çəkildikləri zaman köməksiz vəziyyətdə qoyub getdikləri 2 mülki şəxs, Hadrut sakinləri - 1935-ci il təvəllüdlü Babayan Yevgeniya Pavlovna və 1935-ci il təvəlüdlü Melkumyan Mişa Merlandoviç Azərbaycan hərbiçiləri tərəfindən xilas edilib.

1news.az

Paylaş:
309

Son xəbərlər

Bakıda narkokuryerlik edən “Wolt” sürücüsü və eyni əməli törədən qadın saxlanılıbBu gün, 10:36Putindən Ərdoğanla bağlı tərif dolu sözlər: Onun siyasi iradəsi beynəlxalq sülhə töhfə verirBu gün, 10:29Əmtəə bazarlarında qızıl cüzi bahalaşıb, gümüş isə ucuzlaşıbBu gün, 10:29Kapital Bank-ın dəstəyi ilə keçirilən “My Technology” müsabiqəsi başa çatıbBu gün, 10:18Avropada daha bir “bozqurd” salamı - FOTOBu gün, 09:56Azərbaycan Prezidenti Xankəndi Konqres Mərkəzinin təməlini qoyubBu gün, 09:55Xankəndidə əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışı olubBu gün, 09:43Prezident Xankəndidə Qarabağ Universitetində görülən işlərlə tanış olubBu gün, 09:35AMB iyulun 5-nə olan valyuta məzənnələrini açıqladıBu gün, 09:32İlham Əliyev Xocalı hava limanında olubBu gün, 09:18Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:11Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunurBu gün, 09:02Özbəkistan Prezidenti Azərbaycana gəlirBu gün, 08:50Viktor Orban Azərbaycana səfər edəcək04 / 07 / 2024, 17:45Fövqəladə Hallar Nazirliyində COP29-la bağlı qərargah yaradılıb04 / 07 / 2024, 17:40Azərbaycan Prezidenti ŞƏT-ə üzv ölkələrin liderlərini COP29-a dəvət edib04 / 07 / 2024, 17:28Prezident İlham Əliyev Astanada “ŞƏT plyus” formatında görüşdə çıxış edib - YENİLƏNİB04 / 07 / 2024, 17:21Gəncədə qanunsuz tikinti işləri dayandırılıb04 / 07 / 2024, 17:18Heydər Əliyev Beynəlxalq Aeroportu ACI EUROPE 2024 İllik Konqresi və Baş Assambleyasında iştirak edir04 / 07 / 2024, 16:59Azərbaycan dili fənni üzrə keçirilən imtahananın nəticələri açıqlanıb04 / 07 / 2024, 16:41
Bütün xəbərlər