MDB dövlətlərinin gömrük orqanlarının qarşılıqlı fəaliyyəti barədə Saziş təsdiqləndi | 1news.az | Xəbərlər
Rəsmi

MDB dövlətlərinin gömrük orqanlarının qarşılıqlı fəaliyyəti barədə Saziş təsdiqləndi

18:26 - 29 / 10 / 2020
MDB dövlətlərinin gömrük orqanlarının qarşılıqlı fəaliyyəti barədə Saziş təsdiqləndi

Prezident İlham Əliyev “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin əqli mülkiyyət obyektlərinə hüquqların qorunması sahəsində gömrük orqanlarının qarşılıqlı fəaliyyəti haqqında” Sazişin təsdiq edilməsi barədə Qanunu imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, Qanunla Müstəqil Dövlətlər Birliyi (MDB) Hökumət Başçıları Şurasının Aşqabad şəhərində keçirilmiş 2019-cu il 31 may tarixli iclasında imzalanmış “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin əqli mülkiyyət obyektlərinə hüquqların qorunması sahəsində gömrük orqanlarının qarşılıqlı fəaliyyəti haqqında” Saziş Azərbaycan Respublikasının ona dair qeyd-şərti ilə təsdiq edilir.

S.Xankişiyeva

 

Paylaş:
465

Son xəbərlər

Bütün xəbərlər